Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs Yəmənin Somalidə İzlərini Görür
İranın Yəməndəki iranyönlü “Ənsarullah” hərəkatının üsyançılara verdiyi kiçik silahların bir hissəsi qanunsuz olaraq Somaliyə ixrac edilir.
Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüsün (GI-TOC) hesabatına görə, İran istehsalı olan silahlar Putland bölgəsi vasitəsilə Somaliyə gətirilir.
“Qlobal Təşəbbüs son 8 ayda Somalinin 13 bölgəsində 400-dən çox qeydiyyatsız silahı sənədləşdirib. Bunlar Somalidəki Yəmən münaqişəsinin izləridir”, – deyə hesabatda bildirilir.
Hesabatda deyilir ki, bu, İran və Yəmən arasında silah ticarəti çərçivəsində ilk dəfə Somaliyə qaçaqmalçılıq yolu ilə silah gətirilir.
Transqafqaz.com