Heyrətamiz açıq məzarlar, divardan asılan cəsədlər… – FOTOLAR, VİDEOLAR

27/11/16 4:14
Bu fani dünyada heç bir canlı uzun müddət yaşaya bilmir. Hər kəs bir gün dünyasını dəyişir. Kimisi öz əcəli,  kimisi qəzalar və müxtəlif hadisələr nəticəsində dünyasını dəyişir. Ölümdən sonrakı həyat haqqında isə fərziyyələr çoxdur. 
Hazırda dünya əhalisinin təqribən 1,2 milyardı islam dininə etiqad edir. İslam səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərləri və kitabları təsdiq edir. İslam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.
Qeyri-səmavi dinlər isə Allah tərəfindən göndərilməyib, insanlar arasında təşəkkül tapan dinlərdir. Bunlara misal olaraq, Buddizmi, Zərdüştlüyü və s. göstərmək olar. Müasir dövrdə Yaponiya, Çin, Hindistan, Tailand Buddizmin yayıldığı ölkələr sayılır. Zərdüştlük bir vaxtlar Azərbaycan, İran, Orta Asiya və Hindistanda geniş yayılmış bir din olub.
Hər dinin də ölümdən sonra özünəməxsus dəfn qaydaları var. İslam dinindən fərqli olaraq, bəzi dinlərdə insan öldükdən sonra məzara basdırılmır. Buna bir növ açıq qəbirlər də demək mümkündür.
Musavat.com açıq qəbirlər haqqında maraqlı faktları təqdim edir.
Похожее изображение
1)  Mavzoley – Moskva
Açıq məzarların siyahısına V.İ.Leninin məzarı liderlik edir. Tarixin 100 ən çox tanınmış şəxsiyyətləri siyahısıhısına daxil olan Vladimir İliç Lenini bir çoxlarımız tanıyırıq. 21 yanvar 1924-cü ildə dünyasını dəyişən Lenin mumyalanaraq, Moskvanın Qızıl meydanındakı Mavzoleydə saxlanılır. Leninin Mavzoleyi onun ölümündən qısa müddət sonra 1924-cü ildə açılıb. Leninin ilk məzarı taxtadan hazırlanmışdı və ora giriş məhdudiyyəti var idi. Daha sonra arxitektor Şusevin layihəsi əsasında yeni Mavzoley inşa edilib. Daşdan olan 3-cü və sonuncu Mavzoley isə yenə də Şusevin layihəsi əsasında 1930-cu ildə tikilib.
Məlumdur ki, müəyyən illərdə Leninin cəsədi Mavzoleyi tərk edib. Bu, Böyük Vətən Müharibəsi dövründə baş verib. “Səfər” Tümen şəhərinə olmuşdu. Buradakı zahirən sarayı xatırladan bina bir müddət Leninin Mavzoleyinin funksiyasını yerinə yetirirmişdi.
92 ildir ki, bu Mavzoleydə saxlanılan Leninin cəsədi hər il, yaz aylarında xüsusi məhlullarla yuyulur, balzamlanır və o məhlulların içində saxlanılır. Bu proses isə nə az, nə çox, düz 2 ay çəkir. Bu müddət ərzində Mavzoley ziyarətçilərin üzünə bağlı olur. Vladimir Leninin mumyalanmış cəsədi üzərində Ümumrusiya dərman və aromatik bitkilər institutunun mütəxəssilərindən ibarət xüsusi qrup işləyir. Məhlulların necə hazırlanması isə bu günə kimi sirr olaraq qalır. Hazırlanan balzamların və kimyəvi məhlulların gizli qalması üçün xüsusi diqqət edilir.
Bu ilin aprel ayında mətbuata açıqlama verən institutun direktor köməkçisi Vera Draqunova Leninin yuyulmasına 13 milyon rubl xərc çəkildiyini açıqlayıb. Bu da orta hesabla 200 min dollar edir.

2) SAGADA məzarlığı – Filippin
Sagada məzarlığı Filippində yerləşir. Filippin əhalisi ölüləri dəfn edən bir çox ölkələrdən fərqlənir. Cəsədləri vəhşi heyvanlardan və məzar oğrularında qorumaq istəyən yerli insanlar, ölülərini qorumaq üçün tabutları dağ yamaclarına iplə bağlayırlar. Cəsədləri kəfənsiz, heç bir üsül tətbiq etmədən tabuta qoyaraq asırlar. Lakin hazırda bu metod Filippin əhalisinin yaşlı nəsili tərəfindən yerinə yetirilir. Gənc nəsil artıq bu üsulu tətbiq etmir. Ancaq bu məzarlığa hörmətlə yanaşır, buranı bir muzey kimi də istifadəyə verib və nəzarət edirlər. Bu əraziyə gələn turistlər məzarlar haqqında maraqlanır, şəkillər çəkir. Bu məzarlığın bir özəlliyi də var. Bu məzarlıqda dəfn olunmaq üçün bir çox özəl xüsusiyyətlərə malik olmaq lazımdır. Misal üçün dəfn olunan insan evli və nəvə sahibi olmalıdır, yaxud da ağır xəstəlikdən əziyyət çəkib, dünyasını dəyişməlidir. Ölüm ayağında olan insanın tabutunu da ailəsi özü hazırlamalıdır. Bu məzarlığın 2000 il yaşının olduğu iddia edilir.

Terracolta, Terra Colta
3) Terra Cotta məzarlığı – Çin
Çinin qərbində yerləşən Çin Şı Huangın qəbiristanlığı, dünyanın ən böyük ərazisi olan, maraqlı və zəngin məzmuna sahib məzarlıqlarından biridir. Qəbiristanlıqda imperator Çin Şı Huangınin qəbri ilə yoldaşlıq edən “heykəllər ordusu” bu məzarlığın Misir piramidaları ila müaqyisə edilərək, “dünyanın 8-ci möcüzəsi” sayılmasına səbəb olub. Bu “möcüzə”ni də açıq qəbirlər siyahına daxil etmək olar.
Bu heykəllər 1974-ci ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xian şəhəri yaxınlarında bir kəndli tərəfindən təsadüf nəticəsində tapılıb. Torpaqdan düzəldilmiş əsgərlərdən ibarət ordunun “İlklərin imperatoru” olaraq bilinən Çin Şı Huangın məzarını qoruduğuna inanılır.
Tarixi qeydlərə görə, təxminən 20 milyon əhalisi olan Çin İmperatorluğunda 700 min adam bu məzarın inşası üçün çalışıb. Məzar həm nəhəng bir imperator sarayı kimi, həm də bir müdafiə olunan şəhər kimi görünür. Çin Şı Huangin həyatı boyunca istifadə etdiyi hər şey bu məzara daşınıb. İmperatorun cariyələri və məzarı inşa edən ustalar belə, onunla birlikdə torpağa basdırılıb. Bunda məqsəd cariyələrin başqaları ilə evlənməsinin və məzarla bağlı məlumatların yayılmasının qarşısını almaq idi.
Terra Cotta məzarlığının əsgərləri və atları 20-ci əsrin ortalarında aşkar olunan ən əhəmiyyətli və görkəmli arxeoloji qazıntılardan biridir. Bu günədək də qazıntılar davam edir. Bu ana qədər 500 əsgər heykəli, taxtadan düzəldilmiş 18 döyüş maşını və 100-dən çox at heykəli aşkar olunub.

Catacombs-Capuchin-Monks
4) Capuchin Catacombs məzarlığı – İtalya
İtalyanın Siciliya bölgəsində olan və 16-cı əsrdə qurulan kilsədə olan rahiblər 19-cu əsrə qədər dəfn üçün çox təəccüblü bir metoddan istifadə ediblər. Ölüləri mumyalayaraq, bir qismini rəflərə düzən rahiblər, bəzilərini da divarlara asıblar. Həmin dövrlərdə burada ən çox rahibləri dəfn edirdilər. Buranı ziyarət etmək bir çox turistin marağındadır.
Lakin ziyarət zamanı insanlara o qədər də xoş təsir bağışlamır. Burada son dəfn 1871-ci ildə baş tutub. Kilsənin son rahibi mumyalanaraq, asılıb. Kilsə rəsmi olaraq 1880-ci ildə bağlansa da, bu günə kimi turistlər tərəfindən ziyarət edilir.
Lakin iddialara görə, hətta 1920-ci ildə də bu kilsədə dəfn mərasimi keçirilib. Kilsədə ümumi olaraq, 1252 mumyalanmış cəsəd var. Onların arasında İtaliyanın həmin dövrə aid tanınmış şəxsiyyətləri yer alır:
Vincenzo Natoli – İtaliyanın Ali məhkəməsin sədri;
Salvatore Manzella – İtaliyanın ən yaxşı cərrahı;
Lorenzo Marabitti – Həmin dövrün məşhur heykəltəraşı  və s. bu kimi tarixi adamlar dəfn edilib.

 
5) İndoneziya – Tana Toraja
Cəsədlərə yeni paltar geyindirdikdən sonra qəsəbəni gəzdirirlər. İndoneziyanın cənubunda yerləşən Sulavesi qəsəbəsində “Ma’nene” olaraq bilinən dini inanc, insanları heyrətə gətirir. Qəsəbə sakinləri, hər üç ildən bir ölülərinə olan hörmətlərini göstərmək üçün məzarları ziyarət edirlər. Ailə üzvləri, ölmüş qohumlarının məzarlarını tək-tək açıb, cəsədləri çölə çıxarırlar.

Yerli əhali ölən yaxınlarının hələ də onlarla birlikdə olduğuna inanır. Ölümlərindən sonra yaxşı qorunan cəsədlər məzarlarından çıxarılıb, geyimləri dəyişdirildikdən sonra qəsəbəni gəzdirilir və təkrar məzarlarına qoyurlar. Bu proses hər 3 ildən bir tətbiq olunur. Yerli əhali bunu vacib sayır. Və bu mərasim günlərlə davam edir. Baş tutan mərasimlərdə dünyanın müxtəlif yerlərindən minlərlə turistlər buraya axın edir. Bu məzarlıq İndoneziya hökuməti tərəfindən 1984-cü ildə rəsmi olaraq təsdiq olunub və status alıb. İndoneziya Turizm Nazirliyi də buranı ölkənin ikinci turizm mərkəzi elan edib. Və nazirlik tərəfindən buraya xüsusi diqqət ayırılıb.

Possibly Malabar Hills, Mumbai
6) Səssizlik qalası – İran (DAKH)
Zərdüştilik dünyanın tək Tanrıya tapınan qədim dinlərindən biridir. Zərdüştilərin inancına görə, təbiəti korlamamaq üçün ölüləri yandırmaq, torpağa basdırmaq, olmaz. Onları yalnız təbiətin səssizliyində yırtıcı quşlara əmanət etmək olar. Bunun səbəbi isə zərdüştilərin hava və torpağı çox önəmsəməsidir. Əsl adı Dakh olan bu dağa ölülər yırtıcı quşların yeməsi üçün qoyulur. Bu məzarlıq səssizlik qalası kimi də tanınır.
Bu məzar qalanın yuxarı hissəsində yerləşir və dairəvi şəkildə 3 yerə bölünür. Ən arxadakı dairədə kişilər, ortadakı dairədə qadınlar, öndəki dairədə isə uşaqlar olur. Günəş altında qalan və quşlar tərəfindən yeyilən cəsədlərin ən sonda sümükləri toplanaraq, bir çuxura yığılır.
Bu məzarlıq haqqında daha bir maraqlı məqam isə ölən adamın cəsədini həmin əraziyə buraxdıqdan sonra cəsədin yanında bir rahibin gözləməsidir. Onun gözləməsinin səbəbi isə yırtıcı quşların gəlib cəsədin hansı gözünü yeməsini görməkdir. İnanca görə, cəsədin ilk öncə sağ gözü yeyilərsə, bu, onun üçün yaxşı əlamətdir. Sol gözü ilk öncə yeyilərsə, bu, ruhun əzab görəcəyi mənasına gəlirdi.
1979-cu ildən sonra bu qalanın məzarlıq kimi istifadə edilməsi qadağan olunub. Artıq Zərdüştilər normal məzarlara basdırılır. Lakin sözügedən məzarlıq bu gün də turistlər tərəfindən ziyarət edilməkdədir.

Картинки по запросу древние города ушедшие под воду
7) Mayami – Neptun məzarlığı
Maraqlı qəbiristanlıqlardan biri də Mayamidə okean sularının altında yerləşir. Mayamidə olan Neptun məzarlığı (Sualtı qəbiristanlıq) əfsanələrə mövzu olan itmiş şəhər kimi bilinən Atlantidaya bənzədilir.

Mayami sahillərində olan məzarlıq gəmilər və xüsusi dalğıc qrupları tərəfindən ziyarət edilə bilir. 15 metr dərinlikdə olan qəbiristanlıqda ölən şəxslərin adları mis bir lövhəyə yazılaraq, məzar daşlarına həkk edilir.

Mao Zedong'un Kristal Tabutu
 
8) Mao – Çin
Çin Kommunist Partiyasının qurucusu olan Mao Zedong 1945-ci ildə vəfat edib. Onun ölümündən sonra Çin Xalq Respublikası Maonu hər zaman xatırlamaq üçün bir mavzoley inşa edib. Halbuki özü sağikən o, ölümündən sonra bədəninin yandırılmasını istəyibmiş. Lakin Çin xalqı onu mumyalayaraq saxladı. İndi isə Maonun mumyalanmış cəsədi Pekinin məşhur bölgələrindən biri olan Tiananmen Meydanının ortasındakı mavzoleydədir. Mao günün 24 saatı ərzində xüsusi olaraq mühafizə olunur və kristallardan hazırlanmış tabutun içərisində saxlanılır.

Картинки по запросу
9) Bəhai məbədi – Bahaullah
Bahaullah dünyanın tanınan dinlərindən biri olan Bəhailik dinin qurucusudur. 1892-ci ildə Bəhai məbədində ölən Bahaullahın cəsədi, məbədin yanındakı kiçik bir otaqda mumyalanaraq saxlanılıb. Bu məbədin ətrafında böyük bir bağça var və bağçanın hər tərəfi güllərlə bəzədilib. Bu məbəd 1 milyon dollara başa gəlib. Vəfatından sonra Bahaullahın saxlanıldığı məbəd bəhailər üçün müqəddəs yerə çevrilib.  Bəhai məbədi İsraildə yerləşir və rəsmi olaraq qəbul edilməyib.

OLYMPUS DIGITAL CAMERA
10) ABŞ – Leland Stanford
Amerika Birləşmiş Ştatlarının ən yaxşı institutlardan biri olan Stanford Universitetini bir çox adam tanıyır. Ancaq universitetin şimal-şərqində onun qurucusuna və ailəsinə aid bir abidə var. Bir çox insan, hətta institutun bəzi tələbələri belə, bu abidədən xəbərsizdir.
Leland Stanford 1863-ci ildə Kaliforniyanın qubernatoru idi. 1884-ci ildə 15 yaşında olan oğlu ağır xəstəlik ucbatından həyatını itirib. Qubernator kiçik oğlunun ruhunu şərəfləndirmək üçün vaxt itirmədən bir universitet qurmağa qərar verib və hazırda Leland Stanford Junior Universiteti olaraq tanınır.
Leland Stanfordun özü və həyat yoldaşı da dünyasını dəyişdikdən sonra övladlarının yanına aparılıb. Sözügedən məbəddə ailənin 3 üzvü şüşə tabutda saxlanılır.

Krallar Vadisi
 
11) Misir – Fironlar Vadisi
1922-ci ildə Misirdəki Theban təpələrində Firon Tutanhamonun qəbri tapıldı. Bu firon “uşaq firon” olaraq da tanınır.
“Fironlar Vadisi” adı verilən bu bölgədə bu günə qədər cəmi 63 məzar tapılıb. Tapılan məzarlardan birinin b.e.ə. 1323-ci ildə ölmüş olan Firon Tuta aid olduğu iddia edilir. Mumyalanan fironlar bu günə qədər də korlanmadan olduğu kimi qalmaqdadır. Bunun sirrini isə müasir elm hələ də aça bilməyib. Fironların cəsədlərini mumyalanan zaman hansı kimyəvi məhlullardan, maddələrdən istifadə edildiyi məlum deyil.

Картинки по запросу sedlec
 
12)  Sedlec kilsəsi – Çexiya
Bu qəbiristanlığın özünəməxsusluğu sümüklərin sanki sənət əsəri kimi incə yığılmasıdır. Belə ki, onun içərisində sümük qalıqlarından bəzək əşyaları və.s düzəldilib. Qədim Roma dövründən qalan qəbiristanlıqdakı bu əsərlərin necə düzəldildiyi də hələlik bilinmir.
Sedlecin skelet kilsəsi Çexiya hökumətinin qoruması altındadır. Kilsənin dekorasiyasında 40 min insanın skeletindən istifadə olunub.
Turan ORUC,
Musavat.com