Hipotet C virusunun yaranma səbəbləri və bu xəstəlikdən qorunma üsulları

26/04/17 1:05

Hepatit C isə nisbətən cavan virus olduğu üçün onun gedişatı daha çətin və aydın olmayandı. Bu virus 1989-cu ildə aşkarlanıb. Hepatit C (HC) qaraciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlikdir. Virus (HCV) qaraciyər hüceyrələrini zədələyərək xroniki hepatitə, sirroza və ya hepatosellülar karsinomaya (xərcəngə) gətirib çıxarır. Virus yüksək dərəcədə mutasiya qabiliyyətinə, hüceyrə daxilinə keçərək onu dağıtmaq qabiliyyətinə malikdir. Bir sutka ərzində mutasiya nəticəsində 20-dən çox kvazi-virus (mutant) yaranır.

Hazırda Yer kürəsində 500 milyon insan bu xəstəliyə mübtəladır. Xəstəlik 80 faiz hallarda xroniki formaya keçir. Qan və onun komponentləri ilə yoluxur.

Hazırda C əleyhinə yeni preparatlar var. Təəssüflər olsun ki, hazırki dönəmdə bu virusa qarşı vaksin mövcud deyil. Yəqin ki, yaxın gələcəkdə hepatit C əleyhinə peyvənd tapılar. Hepatit C virusu da qaraciyər sirrozu və şişi əmələ gətirir. Bu virusun özünəməxsus spesifikliyi ondadır ki, müalicə olunduqdan sonra belə xəstəlik 30-35 faiz ehtimalla geri dönə bilir. Bu Virusun müalicəsi var və yoluxan xəstələr müalicə alırlar. Müalicədə məqsəd virusun yükünü sıfıra endirməkdi.

HCV qaraciyərə gizlincə zərbə vura bilən bir virusdur və onunla yoluxan insanların 5-10% -də xəstəliyə məxsus əlamətlər kəskin şəkildə bilinir 90-95 % isə xəstəlik gizlin gedir. Çoxunda ilk zamanlar heç bir şikayət olmur. Təssüf ki, insanlar əsasən HCV ilə yoluxmanı o zaman bilirlər ki, artıq virus qaraciyəri ciddi zədələmiş olur. Bəzi hallarda isə təsadüfi yoxlama (kart test ilə yoxlama) zamanı HCV təyin olunur. Bəzi insanlarda isə yoluxmaya baxmayaraq virus orqnizmin daxili imkanları hesabına məhv edilir və 15 % hallarda öz-özünə tam sağalma baş verir. Müayinələr zamanı Anti HCV pozitiv,HCV RNT (PZR vasitəsi ilə) neqativ olması yoluxmadan sonrakı tam sağalmanın göstəricisidir.Lakin qeyri ixtisaslı həkimlərin bu xəstəlikdən məlumatı olmadığı üçün bu hallarda bu insanları virusa yoluxmuş şəxslər kimi qəbul edir amma əslində bu insanlar virusa yoluxub sağalmış şəxslər sayılır.

Zaman keçdikcə Hepatit C virusu tədricən qaraciyərin xroniki iltihabına, sirrozuna,qaraciyər xərcənginə, qaraciyər çatışmazlığına gətirib çıxardır.Xəstəliyin qeyri –aktiv gedişi müvəqqəti xarakter daşıyır. Hepatit C cinsi yolla (əgər genekoloji xəstəlik yoxdursa)keçmir.HCV yoluxmuş anadan doğulan körpənin yoluxma ehtimalı 5 % qədərdir.süd əmizdirmə zamanı yoluxma ehtimalı 5 % qədərdir.Er-arvad arasında yoluxma ehtimalı (eger genekoloji xəstəlik yoxdursa)yoxdur.Tibb işciləri arasında təsadufi iynə batma qəzası zamanı yoluxma ehtimalı 3-10% dir.dərin zədələnmələr zamanı bu ehtimal yüksəlir.Xəstəliyin yayılmasında perkutan (qanla təmas) yol əsas yayılma yolu sayılır.
Bu virusa yoluxmuş hamilə olan və ya hamiləliyi planlaşdıran xanımlarımızı ,onun ailə üzvlərinin narahat olmasına əsas yoxdur.Hepatit C virusuna yoluxmaq hamiləliyin pozulmasına,keysəriyyə əməliyyatı ilə körpənin dünyaya gətirilməsinə,ananın süd verməməsinə əsas vermir.Bu fikirlər tam əsassızdir. Bəzən körpə dünyaya gələn kimi qan nümunəsi götürülərək hepatit C-nin təyini məqsədi ilə Anti-HCV müayinəsi aparılır və yanlış olaraq “pozitiv”nəticə qeyd olunur.Belə bir addım atmaq yanlışdır.Cünki Yaradan elə yaratmışki əgər ana hepatit C virusuna yoluxubsa doğulan körpə hepatit c virusuna qarşı immunitetlə doğulur bu immunitet sayəsində körpə 95 % yoluxmur və Anti-HCV müayinəsi hepatit C virusuna qarşı olan əks cisimciyin müayinəsidir.

Yoluxma yolları bunlardır:

  • HCV daşıyan donor qanının köçürülməsi;
  • cərrahi əməliyyat və prosedurlar zamanı sterilizə qaydalarının pozulması;
    qanı “təmizləmə” prosedurları – hemodializ, plazmoferez, hemosorbsiya;
  • stomatoloji, ginekoloji və kosmetoloji prosedurlar (pirsinq, tatu döyülməsi, manikür, pedikür) prosedurlar zamanı sterilizə qaydalarının pozulması;
  • venadaxili narkotik qəbulu zamanı (yoluxmuş qanla qarışmış narkotik məhluldan və ya yoluxmuş iynədən istifadə);
  • yoluxmuş vasitələrdən istifadə.

Xəstəliyin əlamətləri – ümumi zəiflik, halsızlıq, yuxunun pisləşməsi, əksərən əzələ və oynaqlarda ağrılar, bir sıra hallarda köpmə, ürəkbulanma, iştahanın itməsi, 30 faiz hallarda zəif sarılıq. Yoluxmadan 6 ay sonra proses xroniki hesab edilir.

Diaqnoz PZR (polimeraz zəncirvarı reaksiya) üsulu ilə dəqiqləşdirilir. Bu üsulun dəqiqliyi 95 faiz civarındadır. PZR vasitəsilə əvvəlcə titr – vurusla yüklənmə dərəcəsi yoxlanılır. Buna kəmiyyət analizi deyilir, 1 ml qanda müəyyən edilmiş HCV sayını göstərir və “copy/ml” və “ME/ml” işarələri ilə təsbit edilir. Sonra virusun genotipi yoxlanılır ki, buna keyfiyyət analizi deyilir. Genotip genin konkret əlamətlərə cavab verən mürəkkəb qarşılıqlı əlaqəyə malik ayrı-ayrı elementləri və sahəsidir. HCV-nun 6 genotipi və 10 subtitri mövcuddur: 1a, 1b, 1c, 2a, 2b, 2c, 3b, 4, 5, 6

1 və 4 genotiplər müalicəyə çətin tabe olan formalardır. 1b isə ən ağır forma hesab edilir. Virus yüklənmə və gnotipi müəyyən olunmaqla həkim müalicə taktikasını müəyyən edir. Müalicə meyarları bütün dünyada birdir. Onlar ABŞ Milli Sağlamlıq İnstitutunun 2002-ci ildə qəbul etdiyi “Hepatit C: Konsensus 2002″ sənədində müəyyən edilib və bütün dünya üçün əsasdır: peqləşdirilmiş alfa-2 interferon + ribovirin + hepatotrop müalicə.

Beləliklə, immuno-xromatoqrafik və immunoferment üsullarla HCV aşkarlama testi müsbət olarsa, xəstəyə ”Səndə Hepatit C xəstəliyi var” deyilməsi  kökündən yanlışdir. Bu zaman xəstəyə onun sonrakı dəqiqləşdirici müayinə – RZR olunmasının məqsədəuyğunluğu onun psixi-mənəvi durumu nəzərə alınmaqla izah edilməlidir.

Bu virusa tutulan şəxslər yağlı, turşu, duzlu və bacardıqca çöl yeməklərindən uzaq olmağa çalışmalıdırlar. Daha çox keçi əti, balıq və toyuq qaynatmalarından istifad edərək bu xəstəliyin artmasının qarşısını ala bilərlər. Ən önəmlisi diş fırçanızı, darağınızı və qanla kimləsə təmasda olmaqdan çəkinin.

 

PS. Bu xəstəliyə tutulan şəxslər varsa ətrafınızdan onlardan qaçmaq əvəzinə onlarla birlikdə olub bu xəstəliyə və onun nəticələrinə birlikdə qalib gəlin.