ANKARA
Terrorçular Türkiyə sərhədlərini daha çox təhdid edir. Onların aradan qaldırılması istiqamətində addımlar qətiyyətlə davam etdirilir.
Bunu çərşənbə axşamı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhəddə 3 hərbçinin ölümünə cavab olaraq başlayan əməliyyatın gedişatını şərh edərkən deyib.
Yanvarın 8-i şənbə günü Türkiyənin Şanlıurfa vilayətinin Akçakale bölgəsində PKK/YPG terrorçuları tərəfindən quraşdırılan partlayıcı qurğu işə salınıb.
Hulusi Akar bildirib ki, Akçakale bölgəsində hərbçilərin ölümündən dərhal sonra cavab tədbirləri görülüb.
“Bu gün 22 terrorçu artıq zərərsizləşdirilib. PKK/YPG terrorçularının hədəfləri sərt şəkildə vurulur”, – deyə Akar bildirib.
Milli Müdafiə naziri əmin edib ki, Türkiyə ordusu kənardan gələn təhdidlərə layiqli cavab verir. “Əməliyyatlar daha da sürətli olacaq. Türkiyənin səbri tükənib” deyən Akar, Türkiyənin bütün tərəflərdən [Rusiya və ABŞ-dan] Suriya ilə bağlı razılaşmalardan irəli gələn öhdəlikləri yerinə yetirmələrini gözlədiyini bir daha vurğuladı.