Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva, Uşaq Xəstəxanasının baş həkimi Elman Şirinov və poliklinkanın baş həkimi Arzu Burcəliyevaya işdən çıxarılmalarına dair məcburi ərizə yazdırılıb. Bu barədə JAMAZ-info-ya Göyçay rayonunun bir qrup sakini bildirib.
Onların sözlərinə görə, həmçinin 7 həkimə töhmət verilib. Sakinlər deyir ki, bütün bunların səbəbi Göyçay rayon Mərkəzi Xəstəxanasnda baş alıb gedən korrupsiya və qanunsuzluq hallarıdır.
“Bir neçə gün əvvəl xəstəxanada saxta Covid 19 pasportunun satılması faktının üzə çıxması müvafiq qurumları hərəkətə gətirib. Ancaq Göyçay rayon sakinlərini təəcübləndirən odur ki, qanunsuzluqların başında dayanan baş həkim Elçin Bilalova “gözün üstə qaşın var deyən” yoxdur”, – deyə sakinlər bildirib.
Onların fikrincə, baş həkimin toxunulmazlıq statusu qazanması icra başçısı Mehdi Səlimzadə ilə yaxın olmasıdır: “Mehdi Səlimzadə məsələyə müdaxilə edərək Elçin Bilalovun vəzifədə qalmasına nail ola bilib.
Çünki Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsinin əldə etdiyi kapitalın çox hissəsi icra başçısı Mehdi Səlimzadəyə çatır.
Təkcə saxta Covid 19 pasportunun satışından hər gün icra başçısına 10.000 manat Mehdi Səlimzadəyə pul verilirmirş.Vətəndaş birinci vaxsinasiya üçün 100 manat 28 gündən sonra ikinci vaksin üçün də 100 manat ödəyirmiş. Hətta bu cinayət əməlinin üstü açılan zaman icra başçısı Mehdi Səlimzadə baş həkim Elçin Bilalovu cinayət məsuliyyətindən qurtara bilib. Nəticədə bir neçə tibb bacsı cinayət məsuliyyətinə cəlb edilib”.
Sakinlər deyir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası regionda yüksək səviyyədə xidmət göstərən tibb ocağı olsa da, Elçin Bilalovun fəaliyyəti nəticəsində xəstəxana bərbad hala salınıb. “Bunun əsas səbəbkarı icra başçısı Mehdi Səlimzadədir. Bir məmurun tamahına görə əhali əziyyət çəkir, narazılqılar yaranır”.
Sakinlər Prezident İlham Əliyevdən Mehdi Səlimzadənin və Elçin Bilalovun fəaliyyətinin araşdırılaraq müvafiq tədbir görülməsini xahiş edirlər.
Mənbə: JAMAZ.İNFO
https://www.jamaz.info/x%c9%99b%c9%99rl%c9%99r/manset/icra-bascisi-x%c9%99st%c9%99xanani-s%c9%99xsi-t%c9%99s%c9%99rrufatina-cevirib-goycay-x%c9%99st%c9%99xanasi-il%c9%99-bagli-ilginc-faktlar/