İmran Xan Pakistanda parlament seçkilərində iştirak edəcək
Pakistan hökumətinin keçmiş rəhbəri, müxalifətdəki Ədalət Uğrunda Hərəkat (JM) partiyasının lideri İmran Xan fevralın 8-də İslam Respublikası parlamentinə keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcək.
Bu barədə “Dawn” qəzetinə həbsdə olan siyasətçinin vəkilləri məlumat verib.
“İmran Xan mənə parlament seçkilərində DZS-nin namizədləri arasında olacağını bildirmək səlahiyyətini verib”, – deyə vəkil Əli Zəfər bildirib: “O, Pakistanın ən azı üç seçki dairəsində – İslamabad, Lahor və Mianvalidə iştirak edəcək”.
Ədalət Hərəkatı 1996-cı ilin aprelində İmran Xan tərəfindən yaradılıb və o vaxtdan bəri onun daimi lideridir.
Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Ötən ilin oktyabrında Seçki Komissiyası baş nazir kimi gəlirləri ilə bağlı maliyyə hesabatlarını “səhv” təqdim etdiyinə görə onu seçkidən kənarlaşdırıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.
Ömər Məmmədli