İncirliyə girmək cəhdlərinin qarşısı alınıb.

05/11/23 11:05

Türkiyə polisi ABŞ-ın İncirlik hərbi bazasına daxil olmaq istəyən nümayişçilərə qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

HƏMASla İSRAİL arasında başlanmış münaqişə dünyanı silkələməkdə davam edir. Müxtəlif ölkələrdə Fələstini dəstəkləmə mitinq və çıxışları keçirilir. İsraili dəstəkləmə çıxışları da kifayət qədərdir.

Türkiyədə isə bir neçə gün bundan öncə keçirilən Fələstinə dəstək mitinqindən sonra, Fələstin tərəfdarları İncirlik hərbi bazasını hədəf alıblar.

Nəzərinizə çatdıraq ki, Türkiyə və İsrail arasındakı ticarət dövriyyəsi 9 mlrd dollar təşkil edir. Bunun 5 mlrd-ı isə İsrailə olunan ixracatdır. İllik turist axını isə 700 000 İsrail vətəndaşıdır.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir