İRƏVAN TÜRK CUMHURİYETİNİN TƏBRİKİ

31/12/21 4:53
“Möhtərəm cənab Prezident, SİZİ və ailənizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik, sizə cansağlığı, xoşbəxtlik arzulayırq.
Uzun illərdir ki, Azərbaycan xalqı Sizi istedadlı və mehriban insan, müdrik və uzaqgörən siyasi xadim, parlaq və səriştəli rəhbər kimi tanıyır. Siz həyatınızı Vətənə fədakarcasına xidmətə həsr etmisiniz və bunun müqabilində ən yüksək mükafata – Azərbaycan xalqının səmimi sevgisinə və ehtiramına layiq görülmüsünüz. Siz milli həmrəyliyi və çoxəsrlik ənənələri qoruyub saxlamaqla ölkəmizi tərəqqi və quruculuq yolu ilə inamla irəli aparırsınız, haqlı olaraq beynəlxalq arenada nüfuz və hörmət qazanmısınız.
Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, ölkəmizin inkişafına , xalqımızın firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız.
Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionumuzda sabitlik və əmin-amanlıq amili olaraq beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş və regional siyasətin formalaşdırılmasında strateji dövlətə çevrilmişdir.
Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.
Siz dövlət başçısı kimi atanız – Ulu Öndərimiz Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz.
Ölkəmizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir.
Azərbaycanın parlaq gələcəyi, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq məqsəd və planların uğurla reallaşdırılması üçün məsul işinizdə Sizə uğurlar arzulayırıq.
Azərbaycanın inkişafına və firavanlığına görə üzərinizə çox böyük məsuliyyət düşür və Siz bu mürəkkəb missiyanı parlaq şəkildə yerinə yetirirsiniz. Zəngin təcrübəniz və öz işinizə sədaqət Sizin ən mürəkkəb məsələlərin öhdəsindən gəlməyinizə, milyonlarla həmvətənlilətimizin taleyinin asılı olduğu düzgün qərarlar qəbul etməyinizə kömək edir.
Hörmətli cənab prezident İlham Əliyev, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, nikbinlik, ən cəsarətli planlarınızın reallaşmasında uğurlar və müvəffəqiyyətlər arzu edirik. Qoy, Sizin liderlik keyfiyyətləriniz, tükənməz enerjiniz, xalqın Sizə inamı və dəstəyi gündən-günə firavanlaşan Azərbaycanın yeni nailiyyətlərinin möhkəm təməli olsun.
Sizə olan ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
HÖRMƏTLƏ:
İrəvan Türk Cümhuriəyytinin Millət Şurasının üzvüləri.