Bu gün, 13 fevral 2022-ci il tarixində Bakı şəhərində İrəvan Türk Cümhuriyyətinin sədri Qafar Çaxmaqlının başqanlığında İTC rəhbər struktur təmsilçilərinin iştirakı ilə ümumi toplanı keçirilib.
Toplantıda ölkəmizdə, regionda və dünyada gedən proseslərin ümumi müzakirəsi aparılıb və bu konteksdə İrəvan türk Cümhuriyyətinin fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi edilib,bir sıra tədbirlər barədə ümumi razılıq əldə edilib.
-Qərara alınıb ki, İrəvan Türk Cümhuriyyətinin fəaliyyətinin konseptual əsaslarının müzakirəsi, rəhbər strukturların təkmilləşdirilməsi və digər təşkilati məsələlərin müzakirəsini, müvafiq qərarların qəbulunu həyata keçirmək üçün zomm proqramı üzərindən 27.02.2022-ci il tarixində saat 20-00 –da İTC Millət Şurasının növbəti toplantısı keçirilsin.
-O, cümlədən, 19 mart 2022-ci il tarixində İrəvan Türk Cümhuriyyəti, Qərbi Azərbaycan Türklərinin ictimai-siyasi və elm xadimlərinin iştirakı ilə Novruz Bayramı tədbiri, şənliyi keçirilsin.
İrəvan Türk Cümhuriyyətinin mətbuat xidməti