İrəvan Türk Cümhuriyyətinin toplantısında mühüm qərarlar qəbul edilib…(davamı var)

20/09/20 1:10

Bu gün 20.09.2020-ci il tarixində  növbəti məsələlərin panel müzakirələri davam edəcəkdir

İrəvan Türk Cümhuriyyətinin mətbuat xidmətinin məlumatı

19.09.2020-ci il tarixdə İrəvan Türk Cümhuriyyətinin növbəti toplantısı keçirilib.

Toplantıda:

-Regionda ictmisi-siyasi vəziyyət və İrəvan Türk Cümhuriyyətinin əsas hədəfləri,

-İrəvan Türk Cümhuriyyətinin hökümətinin struktur təkmilləşdirilməsinin əsas istiqamətləri,

-İrəvan Türk Cümhuriyyətinə qarşı təhlükə və təhdidlərin mahiyyəti, ümumi təsnifaı,

-və digər məsələlər müzakirə edilmişdir.

Müzakirələrdən sonra İrəvan Türk Cümhuriyyətinin Millət Şürasının əsasnaməsi və üzvülərinin səlahiyyəti təsdiq edilmişdir.

Müzakirə edilən məsələlər barədə Millət Şurasının Sədri, Qafar Çaxmaqlı, Təmsilçilər Məclisi başqanı, Mülazim Paşa, Millət Şurası üzvüləri, Paşa Həsənli, Qələndər Muxtarlı, dr. Xətai Allahverdiyev, Abil Babaoğlu, dr.Dilavər Əzimli, Əli Mustafa, Zeynalabdin Məmmədov, Məmmədzadə Pənah, Məhluqə Qaramanlı, Ülviyyə Şükürova,Ceyran Ənsər,Seyfəddin Altaylı, Sahib Musayev, Alı Alıyev, Şahlar Hacıyev və başqaları çıxış etmişdir.

Bu gün 20.09.2020-ci il tarixində  növbəti məsələlərin panel müzakirələri davam edəcəkdir.

İTC-nin mətbuat xidməti…

Transqafqaz.com

Toğrul Lətifoğlu