İravunk xəbər verir ki, dünən (16.11.2021) İrəvanın Respublika meydanında Baş Nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib.
Ermənistan paytaxtının mərkəzi meydanında 500-ə yaxın insanın olduğu, lakin onların sayının getdikcə artdığı bildirilir. Küçələrə çıxmaq üçün müraciətlər sosial şəbəkələrin erməni seqmentinin məşhur internet icmalarında yerləşdirilir.
Həmçinin, şahidlər Respublika meydanından fotoşəkilləri dərc edir və İrəvanın mərkəzində böyük polis izdihamı haqqında yazır.