İrəvanın şərti – Zəngəzur dəhlizi bu halda açıla bilər

02/10/21 7:18

Ermənistan ərazisində suveren dəhliz ola bilməz.

Transqafqaz.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zəngəzur dəhlizi haqda danışarkən deyib. Onun sözlərinə görə, dəhliz siyasi məsələdir, bu məsələ müzakirə edilməlidir:

“Ermənistandan Türkiyə və Azərbaycanı birləşdirən, azərbaycanlıların istifadə etdiyi dəhlizlər və ya yollar açıla bilər. Bu variant mümkündür, amma bu yollar Ermənistanın nəzarətində olmalıdır”.