İran, ABŞ vətəndaşlarının İrana girişini dayandıracaq açılama…

29/01/17 12:51

Son illərdə az da olsa bir-birinə yaxınlaşan ABŞ ilə İran bir gecədə qanlı bıçaq oldular. İranın Xarici İşlər Nazirliyi, Amerika vətəndaşlarının İrana girişinin qadağan olunacağını bildirib.

İran, ABŞ Prezidenti Donald Trampın yeddi Müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya girişini dayandıran fərman qüvvədə qalacağı təqdirdə Amerika vətəndaşlarının İrana girişinin qadağan olunacağını bildirib.

Açıqlamada, “ABŞ-ın Müsəlmanların bu ölkəyə səfərlərini məhdudiyyət qərarının üç aylıq müvəqqətli bir dövr üçün keçərli olsa da İslam ölkələrinə, xüsusilə də İran xalqına qarşı bir təhqirdir. ABŞ rəhbərliyinin bu qərarı hər nə qədər terrorla mübarizə və Amerika xalqının təhlükəsizliyini təmin etmək iddiaları ilə əsaslandırılsa da tarixə düşəcək bir qərardır

ABŞ Prezidenti Trump, İran, İraq, Yəmən, Liviya, Somali və Sudan vətəndaşlarına 90 günlük viza məhdudlaşdırması gətirən prezident fərmanını cümə günü imzalamışdı. “Yabancı terrorçuların ABŞ-a girişindən ölkəni qorumaq” adlı fərman ilə birlikdə bütün miqrant qəbul prosedurları də 4 aylığına təxirə salınmışdı.

Transqafqaz.com

Mirvari Rza