İran-Amerika Münasibətləri və Mövcud Çıxmazın Aradan Qaldırılmasına Dair Təklif
Dr. Rəhim CAVADBƏYLİ (JAVADPOUR)
“İran-ABD İlişkilerinde Tarihsel Dönüşümler ve Güncel Stratejik Yönelimler” başlıqlı əhatəli təhlilim, “Uluslararası Beşerî Bilimler ve Eğitim Dergisi‘nin (IJHE) XI cild, 24-cü say, s. 42–63 tarixli buraxılışında dərc olunmuşdur. İran–Amerika münasibətlərinin tarixi konteksti ilə maraqlanan tədqiqatçılar həmin məqaləyə müraciət edə bilərlər. Bu yazıda əsas məqsəd, həmin tarixi əlaqələri qısa şəkildə xatırladaraq, mövcud böhranın aradan qaldırılması üçün təklif olunan çıxış yollarını diqqətə çatdırmaqdır.
XX əsrin əvvəllərindən etibarən İran–ABŞ münasibətlərinin dinamikası əməkdaşlıqla qarşıdurma arasında dəyişkənlik göstərmişdir. Bu vəziyyəti aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
- Tarixi Kontekst və Əsas Dönüş Nöqtələri
İran–ABŞ diplomatik münasibətlərinin kökləri 1850-ci illərə qədər uzanır və bu əlaqələr 11 iyun 1883-cü ildə Samuel Green Wheeler Benjaminin (1837–1914) Nasirəddin Şaha etimadnamə təqdim etməsi ilə rəsmi xarakter almışdır. Əvvəllər dostluq və müttəfiqlik ruhunda inkişaf edən bu münasibətlər zamanla ideoloji, siyasi və iqtisadi səbəblərdən dolayı qarşı-qarşıya duran iki gücün münasibətlərinə çevrilmişdir.
1911-ci ildə İran hökumətinin amerikalı maliyyə mütəxəssisi William Morgan Şusteri mali sistemin yenidən qurulması üçün dəvət etməsi bu münasibətlərdə müsbət xarakterli mühüm bir dönüş nöqtəsi olmuşdur. Şusterin altı aylıq fəaliyyəti İran xalqı və siyasi elitanın müəyyən təbəqələri tərəfindən rəğbətlə qarşılanmış və ABŞ İngiltərə və Rusiya kimi imperiya güclərinə qarşı tarazlaşdırıcı bir qüvvə kimi qəbul edilmişdir. Lakin bu pozitiv imic, ABŞ-ın 1945-ci ildə Azərbaycan Milli Hökumətinin süqutundakı rolu və 1953-cü ildə Qacar-Türk dövlətini yenidən çağdaş formada dirçəltməyi hədəfləyən Baş Nazir Məhəmməd Musəddiqə qarşı təşkil olunan çevrilişdə iştirakı ilə ciddi şəkildə zədələnmişdir.
ABŞ dəstəkli çevriliş nəticəsində Musəddiq vəzifədən uzaqlaşdırılmış və bu hadisə İranın ABŞ-a olan inamını kökündən sarsıtmışdır. 1979-cu il İslam İnqilabı ikitərəfli münasibətlərdə qırılma nöqtəsi olmuş, inqilabdan sonra İran ABŞ-ı “Böyük Şeytan” adlandıraraq diplomatik əlaqələri kəsmişdir. Həmin il baş verən ABŞ-ın Tehran səfirliyinin zəbt olunması və davamında yaşanan girov böhranı iki ölkə arasındakı düşmənçiliyi daha da dərinləşdirmişdir.
İranın əsil qurucu ünsürü olan türklərin ABŞ və ümumilikdə Qərb dövlətlərinə qarşı inamsızlıq və etimadsızlığının əsas səbəblərini düzgün dərk etməliyik. Bu səbəblər yetərincə anlaşılmadığı təqdirdə nə 1979-cu il İslam İnqilabını, nə də sonrakı hadisələrin sosio-siyasi və sosio-psixoloji əsaslarını dolğun şəkildə başa düşmək mümkün olmaz. Bunu ümumiləşdirərək belə ifadə edə bilərik:
1917–1921-ci illərdə ölkəyə təhmil edilmiş aclıq və soyqırım nəticəsində əhalinin yarısının itirilməsi, 21 fevral 1921-ci il hərbi çevrilişi ilə Qacar Türk dövlətinin devrilməsi və 1925-ci ildə türkə qarşı yönəlmiş Pəhləvi dövlətinin qurulması, Təbrizdəki Milli Hökumətin 1945-ci ildə qan içində boğdurulması və Qacar dövlətini yenidən dirçəltmək istəyən Baş Nazir Musəddiqin devrilməsi kimi həyati əhəmiyyət daşıyan hadisələrdə İngiltərə və ABŞ-ın əsas rol oynaması, ölkənin əsil qurucu ünsürü olan türklər arasında bu güclərə qarşı ciddi etimadsızlıq və inamsızlıq yaratmışdır.
Türk dilində danışan türklərlə fars dilində danışan türklərin, eləcə də dindar, dünyəvi və regional düşüncəyə sahib Azərbaycançı türklərin ABŞ ilə ziddiyyətə düşmələri, zaman keçdikcə İranda türklərə qarşı mövqe tutan farsyönlü şəbəkələrin ABŞ faktorunu türklərə qarşı siyasi alət olaraq suistimal etməsinə şərait yaratmışdır. Başqa sözlə desək, fars düşüncə sistemini müdafiə edən qurum və qruplar, ölkənin əsli ünsürü olan türklərə qarşı ABŞ, İngiltərə və digər Qərb güclərinin imkanlarını öz maraqları üçün istifadə etməyə çalışmışlar. Nəzər yetirsək görərik ki, son yüz ildə İranın ABŞ və İngiltərə ilə olan münasibətləri əsasən farsyönlü dairələr tərəfindən idarə edilmiş və onların nəzarətində inkişaf etmişdir.
Nəticə etibarilə, fars düşüncə sistemini müdafiə edən qruplar ABŞ və İngiltərə ilə əməkdaşlığı İrandakı türklərə qarşı siyasi vasitəyə çevirmək istəmişlər. Bu isə təbii olaraq, İranda daxili faktor kimi ən təsirli ictimai-siyasi qüvvə sayılan türklərin (dindar, dünyəvi və Azərbaycançı) ABŞ və İngiltərə ilə məsafəli münasibət qurmasına səbəb olmuşdur. Bu proses bugün də davam edir.
İran–ABŞ münasibətlərində mövcud böhranların aradan qaldırılması, qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və ortaq maraqlara əsaslanan birliklərin formalaşdırılması məqsədi güdülürsə, ilk növbədə danışıqlar masasında fars düşüncə sistemini müdafiə edən qrup, qurum və institutların təsiri minimuma endirilməlidir. Əgər ABŞ ilə İran arasında real və davamlı ittifaq münasibətləri qurulması istənilirsə, ölkənin əsil qurucu ünsürü olan türklər görməzdən gəlinməməli, əksinə əsas tərəf kimi tanınmalıdır. Qısası, ABŞ və İngiltərə farsyönlü qurum, qrup və institutlar tərəfindən alətə çevrilməməlidir və bu prosesi dayandırmaq üçün addımlar atılmalıdır.
Bu məsələni daha aydın təsvir edən bir qısa nümunə ilə yekunlaşdırmaq istərdim: İranın Birinci Dünya Müharibəsi dövründə ən önəmli mübarizə adamlarından və ən mühüm siyasi şəxsiyyətlərindən biri olan Şəhid Şeyx Məhəmməd Xiyabani (1879–1920), hazırkı Ali Rəhbər Ayətullah Seyyid Əli Xameneyinin bibisinin əri olmuşdur. Seyyid Əli Xamenei uşaqlığından bəri Şəhid Şeyx Məhəmməd Xiyabaninin qəhrəmanlıqları, müqaviməti, mücadiləsi, şəhadəti və kimlər tərəfindən şəhid edildiyi barədə rəvayətlər və hekayələrlə böyümüş, dünya görüşü də məhz bu şəraitdə formalaşmış və yetkinləşmişdir. Unutmaq olmaz ki, İranda siyasi mübarizələr çox zaman öz tarixi köklərinə bağlı rəvayətlər üzərindən davam edən bir mübarizədir.
İran türkləri ilə bağlı daha geniş məlumat almaq istəyənlər, bu sahədə dərc olunmuş çoxsaylı elmi məqalə və tədqiqat işlərimizə müraciət edə bilərlər.
Şəhid Şeyx Məhəmməd Xiyabani (1879–1920)
Soyuq Müharibədən Sonrakı Dövr və Regional Dinamikalar
Soyuq Müharibənin başa çatması, İran–ABŞ münasibətlərində yeni bir dövrün başlanğıcını qoymuşdur. 1990-cı illərdə ABŞ, İranın bölgədəki təsirini məhdudlaşdırmağı hədəfləyən “İkiqat Əhatə” (Double Containment) siyasətini qəbul etmişdir. Buna cavab olaraq İran, İsrail əleyhinə ritorikasını gücləndirmiş və regiondakı müxtəlif islamçı qruplara dəstəyini artırmışdır.
Bu dövrdə İranın nüvə proqramı da beynəlxalq diqqətə səbəb olmuş, onun üzərindəki beynəlxalq nəzarət tədbirləri intensivləşmiş və bu məsələ ABŞ ilə münasibətlərdə yeni bir gərginlik mənbəyinə çevrilmişdir.
- Nüvə Razılaşması və Sonrakı Gəlişmələr
2015-ci ildə İran, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya (P5+1) ilə birlikdə “Əhatəli Birgə Fəaliyyət Planı”nı (JCPOA) imzalamış və nüvə fəaliyyətlərini məhdudlaşdırmaq qarşılığında iqtisadi sanksiyaların ləğvini qəbul etmişdir. Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp bu razılaşmadan bir tərəfli qaydada geri çəkilmiş və bu qərar bölgədə gərginliyin yenidən artmasına səbəb olmuşdur.
İran–P5+1 razılaşması ilə bağlı daha ətraflı məlumat əldə etmək istəyənlər “İran 5+1 Anlaşması, Ülkeyi İç Savaşa Götürür” başlıqlı tədqiqatımıza müraciət edə bilərlər.
ABŞ-ın razılaşmadan birtərəfli şəkildə çıxmasından sonra İran nüvə fəaliyyətlərini sürətləndirmiş və daha iddialı, daha sərt və daha qətiyyətli bir regional siyasət xətti izləməyə başlamışdır.
- Güncəl Strateji Yönəlimlər
İranın xarici siyasətini formalaşdıran üç əsas strateji yönəlim mùəyyən edilmişdir:
- Şərqə Yönələn Siyasət:
İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei, ABŞ və Birləşmiş Krallığın regiondakı birgə strateji mövcudluğunu xeyirli hesab etmir və onu zəiflətməyi hədəfləyir. Məqsəd bu iki dövlət arasında strateji ayrılıq yaradaraq, İranla ayrı-ayrı müzakirə masasına oturmağa məcbur etməkdir. Ali Rəhbər, nə ABŞ, nə də Böyük Britaniya ilə əlaqələrin tamamilə kəsilməsinin tərəfdarı deyil, əksinə, hər iki dövlətlə ayrı-ayrı yüksək səviyyəli sazişlərin imzalanmasını istəyir. Bunu reallaşdırmaq ücün Şərqlə olan əlaqələrini strateji ittifaq səviyyəsinə qaldırmağə nail olmşudur.
Bu baxış iki əsas ittifaq strategiyası ilə konkretləşmişdir:
Birincisi, Çin Xalq Respublikası ilə 25 illik strateji əməkdaşlıq sazişinin 27 mart 2021-ci il tarixində Tehranda Xarici İşlər Nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi tərəfindən imzalanmasıdır.
İkincisi, bənzər strateji əməkdaşlıq razılaşmasının Rusiya ilə imzalanmasıdır. Bu razılaşma 17 yanvar 2025-ci il tarixində Moskvada İran Prezidenti Məsud Pezeşkian (Təbiboğlu) və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmışdır.
Üçüncü, İran siyasi ritorikasında (rəsmi olmasa da) getdikcə daha çox əhəmiyyət qazanan bir məfhum\qavram – “İran daxil olmaqla Türk Birliyi” vizyonudur. Bu siyasi yanaşma İranın Türk Dövlətləri Təşkilatına rəsmi üzv olmasını, böyük, güclü və mürəffəh Türk Birliyinin qurulmasında ciddi və aktiv rol oynamasını təşviq edir.
Çin və Rusiya ilə strateji ittifaq razılaşmalarının fikri və siyasi memarı birbaşa Ayətullah Seyyid Əli Xameneidir. Üçüncü məfhumun (“İran daxil Türk Birliyi”) teorik bazası ilk dəfə Rahim Cavadbəyli tərəfindən illərcə aparılan tədqiqatlar nəticəsində qurulmuş, 2019-cu ildə siyasi ritorika kimi İranda və Türk Dünyasında siyasi müstəviyəyə daşınmışdır. 2021-ci ildə bəzi mənfi müdaxilələrə baxmayaraq, bu təşəbbüs, siyasi ritorika olaraq getdikcə əhəmiyyət qazanmış, beynəlxalq səviyyədə diqqət mərkəzində tutulmuş və İran başda olmaqla dünya Türkləri tərəfindən ciddiliklə diqqətdə saxlanılmaqdadır.
- Müqavimət Cəbhəsi
İran, əsasən 1990-cı illərdən, xüsusilə də 2003-cü ildən etibarən, Qərbi Asiya məkanında müxtəlif islamçı silahlı qrupları dəstəkləməyi dövlət siyasətinin fəal bir istiqaməti kimi həyata keçirməyə başlamışdır. Bu siyasət, İranın regional təsir dairəsini genişləndirmə və geosiyasi gücünü davam etdirmə strategiyasının bir hissəsi olmuşdur. Bu mənada İran, öz dövlət gələcəyini həmin islamçı silahlı qrupların gələcəyi ilə bir növ birləşdirmişdir.
- Asimmetrik Müharibə və Texnoloji İnvestisiyalar:
İran, raket texnologiyaları, kiber müharibə qabiliyyətləri və digər asimmetrik hərbi vasitələrə böyük sərmayələr qoymaqdadır. Məqsəd strateji caydırıcılığını artırmaq və konvensional hərbi sahələrdəki zəifliklərini aradan qaldırmaqdır. Lakin 7 Oktyabr 2023-cü ildə Həmas döyüşçülərinin İsrailə qarşı həyata keçirdiyi hücumla başlayan müharibə, Qəzza Zolağı da daxil olmaqla, Livan və ardınca Suriyadakı hakimiyyət dəyişikliyi Müqavimət Cəbhəsini ciddi şəkildə sarsıtmışdır.
- Regional İttifaqlar
İran, Seyyid İbrahim Rəisi (14 dekabr 1960 – 19 may 2024) prezidentliyi dövründə (5 avqust 2021 – 19 may 2024) Avrasiyaçılıq baxımından mühüm irəliləyişlər əldə etmişdir; 17 sentyabr 2021-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmuş və 2023-cü ildə (rəsmi olaraq 1 yanvar 2024-də) BRICS-in tamhüquqlu üzvü kimi qəbul edilmişdir. Beləliklə, İran Çin, Rusiya, türk dövlətləri başda olmaqla digər regional ölkələr və xüsusilə Şanxay və BRICS üzvləri ilə münasibətlərini əhəmiyyətli şəkildə artırmağa başlamışdır.
Prezident İbrahim Rəisinin 19 may 2024-cü ildə məşhur helikopter qəzasında vəfat etməsi ilə bu proses, deyim yerindəsə, ciddi zərbə almışdır. İbrahim Rəisi ilə bərabər Təbriz İmam Cüməsi Ayətullah Al-Haşim və digər dövlət rəsmilərinin də həlak olduğu həmin helikopter qəzası, digər müsahibələrimdə də toxunduğum kimi, sadə bir qəza olmayıb, açıq-aşkar terror aktı olmuşdur. Lakin İran bu hadisənin üstündə müxtəlif səbəblərdən dolayı ciddi şəkildə getməyi uyğun saymamışdır. Əsas səbəblərdən biri isə sistem daxilindəki ikiləm olmuşdur; İran İslam Respublikası yarandığı gündən bəri daxilində hakim olan ikiləm davam edir və hələ də bu ikiləm belasından qurtula bilməmişdir. Hətta indiyə qədər ən böyük problemi məhz bu daxili ikiləm təşkil edir. Ancaq bütün bunlara baxmayaraq, İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei, bu problemə çevrilmiş ikiləmi öz nəzarətinə götürərək, onu İranın gələcəyi üçün nadir bir fürsət kimi istifadə etməyi tərcih etmişdir.
Diqqət yetirilsə, İran həm Çin Xalq Respublikası, həm də Rusiya Federasiyası ilə imzalanmış “Strateji Əməkdaşlıq Müqaviləsi”ndə dövlətin mövcudluğunu və gələcəyini nə Rusiyaya, nə də Çin Xalq Respublikasına bağlamaq istəməmişdir. Müqavilələr və qarşılıqlı əlaqələr diqqətlə izlənildikdə, İranın dövlət gələcəyini həm Rusiyaya, həm də Çin Xalq Respublikasına tam etibar etməyib müəyyən mənada məsafəli durduğu açıq şəkildə görünür. Bu da zəkalı şəkildə ABŞ ilə nəzərdə tutulan ciddi bir ittifaq müqaviləsinə qapını açıq tutmuşdur.
İbrahim Rəisidən sonra İran türklərindən Məsud Pezeşkiyanın (Təbib oğlu) prezident seçilməsi ilə reformistlər vasitəsilə ABŞ ilə yenidən müzakirə prosesi başlamışdır. Bu ikitərəfli müzakirələr Oman dövləti vasitəsilə Maskat və Romada keçirilmişdir. Maskatda nəzərdə tutulan altıncı sessiyanın ərəfəsində – 13 iyun 2025-ci ildə İran İsrail tərəfindən rəsmi olaraq hücuma məruz qalmış və nəticədə 13-24 iyun 2025-ci il müharibəsi başlamışdır. İran-İsrail arasında baş vermiş 12 günlük müharibə həm İran, həm də İsrail üçün çox ağır və sarsıdıcı olmuşdur. ABŞ prezidenti Donald Tramp, öz iradəsi xaricində olsa da, 70 il toxunulmaz sayılan, İran raketləri tərəfindən sərt şəkildə hədəfə alınmış və ağır zərbə almış, heybəti yıxılmış İsrailin açıq şəkildə yanında yer alaraq, 22 iyun bazar günü erkən saatlarda İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərini B2 bombardmançıları ilə vurmuşdur. Hücumdan bir gün sonra, 23 iyun axşamı isə Donald Tramp İsrail və İran arasında daimi sülhə aparan bir atəşkəs barədə razılığın əldə olunduğunu elan etmişdir. Beləliklə, müvəqqəti olsa da, Donald Tramp vasitəsilə İran və İsrail arasında atəşkəs təmin edilmişdir.
Buradan açıq və dəqiq anlayacağımız məsələ budur ki, dünyada ən böyük və dağıdıcı nüvə silah gücünə malik olan iki güc – yəni İsrail və ABŞ qarşısında nüvə caydırıcılığı olmayan İranın təkbaşına müqavimət göstərməsidir. Bu isə, əvvəlcə qeyd etdiyimiz kimi, İranın qlobal səviyyədə mövcud olmaq üçün bütün siyasi və hərbi kozlarını Rusiya və Çin ilə paylaşmaqdan uzaq durması və eyni zamanda ABŞ ilə uzlaşmağı hədəfləməsindən qaynaqlanır.
İran müstəqil şəkildə barışçıl nüvə enerjisi sahəsində elmi-təcrübi, nüvə texnologiyası və nüvə obyektləri əldə etmək üçün təsdiqlənməmiş məlumatlara görə 2 trilyon dollardan çox vəsait və təhrimdən qaynaqlanan ziyanla üz üzə qalmışdır. Maraqlıdır ki, əgər İran Rusiya və ya Çin ilə dövlət varlığını və gələcəyini tam birləşdirmək istəsəydi, “İrana hücum Rusiyaya hücumdur və ya əksinə”, yaxud “İrana hücum birbaşa Çin Xalq Respublikasına hücumdur və ya əksinə” kimi ittifaq müqaviləsinə bir maddə əlavə etmiş olsaydi veya bu haqda edilən təklifi qəbul etmiş olsaydı, bu halda İran həm barışçıl nüvə enerjisini, həm də nüvə silahlarını asanlıqla əldə edə bilərdi və belə böyük məsrəflərə də məruz qalmazdı.
Ancaq hazırda açıq şəkildə demək olar ki, İran nüvə silahına sahib deyil; lakin öz bilik və təcrübəsi sayəsində nüvə enerjisi sahəsində kifayət qədər inkişaf etmiş elmi və texnoloji imkanlara malikdir. Bu, İran üçün elektrik istehsalı, tibb, sənaye, müdafiə sənayesi və səhiyyə kimi bir çox sahədə inqilabi irəliləyişlər etməyə şərait yaradan elmi və texnoloji inkişafdır.
İranın belə dinc nüvə texnologiyaları və obyektlərinə malik olması Türk və İslam dövlətləri, o cümlədən region ölkələri üçün böyük fayda gətirəcəkdir. Bu inkişaf Türk və İslam dünyasında bir ilkdir. Çünki Pakistan və Qazaxıstanın nüvə obyektləri idxaldır, yerli deyil. İranın nüvə obyektləri və nüvə atom enerjisi sahəsində bütün elmi və texnoloji mərhələlər yerli mühəndislər və mütəxəssislər tərəfindən yaradılmış və inkişaf etdirilmişdir. Başqa sözlə, atom enerjisi ilə bağlı bilik, təcrübə və texnologiyalar yerli sənaye kimi formalaşdırılıb və inkişaf etdirilib. Bu isə Türk və İslam dünyası üçün həqiqi mənada sənaye inqilabıdır.
12 günlük İran-İsrail müharibəsi zamanı Türkiyə Böyük Millət Məclisində hörmətli dövlət xadimlərindən biri ilə danışarkən, yuxarıda qeyd etdiklərimin nə qədər obyektiv və doğru olduğunu müşahidə etdim. Mərhum Turgut Özal dövründən başlayaraq daha ciddi şəkildə izlənilən nüvə enerjisi sahəsində əsas rol oynayan mühəndis və mütəxəssislərlə keçirdiyi görüş barədə danışdı. Türkiyənin bu sahədəki ən önəmli mühəndis və mütəxəssislərinin verdiyi son məlumata görə, İranın atom bombasına malik olmadığı, başqa sözlə, nüvə caydırıcılığı gücünə sahib olmadığı, lakin nüvə enerjisi sahəsində ciddi elmi və texnoloji nailiyyətlər əldə etdiyi vurğulanır.
Görüşdüyüm hörmətli dövlət xadimi belə dedi: “İranın əldə etdiyi bu elmi və texnoloji nailiyyətlər Türk və İslam Dünyası üçün bir ilkdir. Bu, Türkiyə üçün böyük nailiyyət hesab olunur. Bu inkişaf, Türk və İslam dünyasının montaj sənayesindən çıxaraq Ana sənayenin sahibi olmasına imkan verən müstəsna bir irəliləyişdir. Biz birlikdə, əl-ələ, çiyin-çiyinə güclənməliyik. İranın hədəf alınmasının səbəbi atom bombası istehsal etmək arzusu deyil, əldə etdiyi bu elmi və texnoloji nailiyyətlərdir. Bu irəliləyişlərə dözümlülük göstərilmir.”
Doğrudur, İran atom bombası istehsal etməyib və etmək istəmir, nüvə silahları baxımından caydırıcılıq gücünə malik deyil, lakin nüvə enerjisi sahəsində ciddi elmi və texnoloji nailiyyətlərə malikdir.
İranın Dini Lideri Ayətullah Seyyid Əli Xameneyi ilə ABŞ Prezidenti Donald Trampın komandaları dünyamız üçün olduqca kritik bir dövrü idarə edirlər. Gələcək onilliklərimizə birbaşa təsir edəcək qərar və səlahiyyətlər onların əlindədir. Verəcəkləri qərarlar yüz milyonlarla insanı birbaşa, milyardlarla insanın gələcəyinə isə dolayı yolla təsir edəcək. Buna görə çox məsuliyyətli davranmaları tələb olunur.
İran-ABŞ münasibətlərinin ideoloji fərqliliklər, regional rəqabətlər və strateji səhv hesablamalarla formalaşmış olduqca mürəkkəb və çoxşaxəli xarakterə malik olduğu məlumdur. Davam edən etimadsızlıq və gərginliklərə baxmayaraq, hər iki tərəfin diplomatik əlaqələri açıq saxlamaq üçün güclü səbəbləri vardır. Qurucu dialoq və münaqişə həll mexanizmləri yalnız ikitərəfli münasibətlərin sabitliyi üçün deyil, həm də regional və qlobal sülh üçün həyati əhəmiyyət daşıyır.
Nəticə və Təklif
İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneyi ilk növbədə qəbul etməlidir ki, İranın geosiyasi mövqeyinə uyğun müəyyən edilmiş dövlət strategiyası çərçivəsində, ən müasir milli-dövlət kimliyinə yönəlmiş zəruri mədəni, ictimai və siyasi dəyişikliklər və islahatlar qaçılmazdır və təxirəsalınmazdır.
Məhəmməd Cavad Ərdəşir Laricani tərəfindən 1980-ci illərin əvvəllərindən irəli sürülmüş “ÜMMÜLQURA” nəzəriyyəsi əsasında qurulmuş və zorla tətbiq edilmiş strategiya (Türklük əleyhinə Osmanlıçılıq missiyası), xüsusilə İran üçün, həmçinin bölgəmiz üçün fəlakət və çıxılmaz vəziyyət yaratmışdır. Bağdad yəhudisi Məhəmməd Əli Füruqi (1877-1942) tərəfindən nəzəriyyələşdirilmiş FARSİYƏÇİLİK (Fars Düşüncə Sistemi) və Məhəmməd Cavad Ərdəşir Laricaninin “Ümmülqura” nəzəriyyəsi dövlət səviyyəsində rəsmən rədd edilməlidir.
Azğın Sionizmə qarşı müqavimət haqlı bir mübarizədir və bütün vicdanlı insan və xalqlar tərəfindən dəstəklənməlidir. Lakin İran, 1500 km məsafədə yerləşən Sionizmdən əvvəl, öz daxilində qurulmuş, toplanmış, güclənmiş və hər sahədə qorxunc şəkildə möhkəmlənmiş Sionizm, yəni yəhudi mənşəli Farsiyə təriqəti ilə mübarizə aparmalı və ölkəni bu ləkədən təmizləməlidir. Farsiyə təriqəti, tətbiq edilmiş müasir milli-dövlət strukturunda Fars Düşüncə Sistemi ilə ölkəni mənən ələ keçirmiş və bütövlükdə uçuruma sürükləməkdədir.
İranın əsas qurucu ünsürü olan Türk-Tat xalqı rəsmi şəkildə tanınmalıdır. Türk dili Fars dili ilə yanaşı rəsmi, hüquqi və məcburi dövlət dili statusu alması üçün zəruri hüquqi addımlar atılmalıdır. Ölkənin Lur, Lar, Lək, Gilək, Kırmanci, Gurani, Surani, Kəlhur, Ərəb, Bəluç və digər bu kimi məhəlli ve regional etnik qruplarının mədəni və siyasi hüquqları qorunmalıdır. Qadınların geyimi və baş-ayağı ilə bağlı müdaxilələr dayandırılmalı, fərdi hüquq və azadlıqlar təmin edilməlidir.
Böyük Britaniya və digər 14 İngilis Milletlər Topluluğu bölgəsinin kralı III Çarlz, Baş Nazir Keir Starmer və xüsusilə ABŞ Prezidenti Donald Tramp unutmamalıdırlar ki, İran bilik və təcrübəyə əsaslanan barışçıl nüvə enerji texnologiyasını və obyektlərini milliləşdirməyi, yerliləşdirməyi bacarmışdır. Bu idxal deyil, yerli və elmi inqilabi bir nailiyyətdir. Buna hörmətlə yanaşmaq lazımdır. Bombalama və terrorla məhv edilə bilməz. İkincisi, İranın əsas qurucu ünsürü olan Türk xalqını görməzdən gəlmək və Fars düşüncə sistemi əsasında fəaliyyət göstərən qruplar, təşkilatlar və enstitutlar vasitəsilə ölkəni idarə etmək siyasəti açıq və qəti şəkildə dayandırılmalıdır. İran xalqı İranlılar kimi qəbul edilməli və tarixi həqiqətlərə uyğun olaraq kimlik təhmilindən vaz keçilməlidir.
Uzun müddətdir ki, bu problemlərin həll edilməsi məqsədilə ABŞ-la qurucu dialoqların yaradılması, münasibətlərin yaxşılaşdırılması və geniş sahələrdə ciddi və sağlam əməkdaşlıqların təşkili üçün müxtəlif təşəbbüslər irəli sürülmüşdür. Lakin bunlar uğurla nəticələnməmişdir. Uğursuzluğun ən əsas səbəbi isə, yuxarıda qeyd etdiyim kimi, İran türklüyünün, xüsusilə də hakimiyyətdə olduqca geniş təsir imkanlarına malik olan mühafizəkar kəsimin mövcud iradəsinin nəzərə alınmaması və bu prosesin həmin qrup, təşkilat və enstitutlarla başlanması və idarə olunmaq istənməsidir.
Məsələn, bununla bağlı Amerika İranlıları Milli Şurası (National Iranian American Council / NIAC) üzərindən aparılan proses özü özlüyündə bir çıxmaz təşkil edir. NIAC və digər oxşar qurumlar ölkənin əsas qurucu ünsürü olan türk və türklüyü inkar edir, onlara qarşı düşmən münasibət bəsləyirlər. Hətta İran İslam Respublikasının əsas sərt gücünü təşkil edən mühafizəkar tərkiblə dialoq əvəzinə, islahat adı altında bu tərkibin aradan qaldırılmasında ABŞ və digər NATO üzvlərini vasitə kimi istifadə etməyi əsas strategiya kimi qəbul edirlər. Belə bir etimadsızlıq, kin və nifrətin hökm sürdüyü mühitdə uğurlu dialoqdan danışmaq sadəcə vaxt itkisi olar. Əslində, NIAC və digər oxşar qurumlar tərəfindən gizli aparılan prosesdən məhsuldar bir fəaliyyət mexanizmi gözləmək mümkün deyil. Bu proses, İran-ABŞ münasibətlərini daha da gərginləşdirməkdən başqa bir işə yaramayacaqdır.
Nə etmək lazımdır?
İranın əsas qurucu ünsürü olan türk və türklüyü görməzdən gəlmədən, İran İslam Respublikasının əsas sərt gücünü təşkil edən və əsasən türk mühafizəkarlarından ibarət olan kəsimin haqlı tələblərini nəzərə ala biləcək, ikitərəfli (İran-ABŞ) münasibətlərdəki problemləri həll edən, sağlam mühitdə ciddi dialoqlar qurmaq və zəruri sahələrdə güclü əməkdaşlıqlar yaratmaq məqsədilə Türkiyə vasitəsilə məqbul və qəbul edilə bilən yeni bir prosesin başlanması mümkündür.
Türkiyə üzərindən başlanan dialoq prosesi ABŞ başda olmaqla Qərb ölkələrinin İranla ciddi strateji ittifaqlar qura bilməsi üçün imkanlar vəd edir.
Burada yerli və regional azlıqların hüquq və azadlıqlarının üfüqi səviyyədə həllini nəzərə alan, fərdi hüquq və azadlıqları qəbul edən, bu sahədə zəruri islahatları həyata keçirən İran müzakirə mövzusudur. Eyni zamanda, Məhəmməd Əli Füruqi’nin FARSİYƏÇİLİK (Fars Düşüncə Sistemi) və Məhəmməd Cavad Ərdəşir Laricaninin “ÜMMÜLQURA” nəzəriyyəsindən rəsmi olaraq imtina edən və Türk Dünyasına qarşı tarixi missiyasını yenidən üzərinə götürən bir İran nəzərdə tutulur.
Başqa sözlə, Asiyada Çin Xalq Respublikası, Rusiya Federasiyası və Hindistanın üçlüyündə yerləşən Türk Dünyası dediyimiz orta zolaqda, İran-Türkiyə ittifaqında güclü, böyük və mürəffəh Türk Birliyinin əsas tarazlıq/Dəngə ünsürü kimi nəzərdən keçirilməsi əsas strategiya kimi masaya qoyula bilər.
Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi Doktrininə Görə Çəkirdək Birlik; İran ile Birlikdə Türk Birliyi Xəritəsi
Formun Altı