İranın Tehran Times qəzeti tərəfindən dərc olunan Pezeşkianın dünya ictimaiyyətinə ünvanladığı mesajda deyilir ki, İran Avropa ölkələri ilə konstruktiv dialoqa ümid edir.
Yeni seçilmiş prezidentin müsahibəsindən əsas məqamlar:
İranın müdafiə doktrinasında nüvə silahı yoxdur, ona görə də o, ABŞ-ı öz siyasətini tənzimləməyə çağırıb;
O, ilk növbədə, qonşu ərəb ölkələrini Qəzza zolağında daimi atəşkəs üçün bütün siyasi rıçaqlardan istifadə etməyə çağıracağına söz verdi;
İran Rusiya ilə xüsusilə BRİKS, ŞƏT və Aİİ çərçivəsində əməkdaşlığa üstünlük verməyə davam edəcək;
İran çətin anlarda Rusiya və Çinin verdiyi dəstəyi yüksək qiymətləndirir;
İran Türkiyə, ərəb ölkələri və regional təşkilatlarla əməkdaşlığa ümid edir, qonşuları ilə münasibətləri gücləndirəcək və heç kimin başqalarına hakim olmadığı “güclü region” yaradacaq.