İran Cənubdakı qardaşlarımıza qarşı diskriminasiya siyasəti yürüdür

28/11/21 12:48

Bu ilin (2021-ci il) mart ayında, yəni İran təqvimi ilə 1399-cu ilin sonunda, il ərzində İran hakimiyyətinin Güney Azərbaycan milli-mədəni fəallarına qarşı təqib və təzyiq siyasətini əks etdirən yekun hesabat və raport yayıldı.

«Azad İran»-ın yaydığı məlumatda deyilir:

«Hesabata əsasən, qeyd olunan dövrdə ən azı 241 güneyli fəal tutulub. 59 milli fəala bütövlükdə 947 ay həbs, 96 ay sürgün və 1034 şallaq zərbəsi cəzası verilib. 181 nəfər tutularkən zorakılıq və döyülmə ilə üzləşib.

16 fəal saxlanılandan sonra da təkadamlıq kamerada (infiradidə) işgəncəyə məruz qalıb».

Mənbə: Fedai.az