İran gömrük ləngliyinə görə Azərbaycandan yan keçərək Rusiyaya kənd təsərrüfatı məhsullarını ixrac etmək istəyir

20/12/21 11:18

İranın tərəvəz və meyvə ixrac edən şirkətləri onları Xəzər dənizi vasitəsilə Rusiyaya çatdırmaq istəyir. Bu barədə “Fars” respublika xəbər agentliyi İran Kənd Təsərrüfatı Birliyinin rəhbəri Seyid Rza Nuraniyə istinadən məlumat yayıb.

Məlumatı şirkətlərin özləri də təsdiqləyiblər. Əvvəllər bu mallar Azərbaycan ərazisindən quru yolu ilə Rusiyaya çatdırılırdı. Nuraninin sözlərinə görə, marşrutun dəyişdirilməsinə səbəb Azərbaycan gömrüyünün ləng işləməsi olub, bu da lazımsız xərclərə və məhsulun keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.

O, izah edib ki, bu marşrut üzrə malların çatdırılma müddəti 5 gündən 6 günə, 9 gündən 10 günə qədər artıb, yeni marşrut isə vaxtı səkkiz və ya doqquz günə endirəcək. Təəssüf ki, bu o deməkdir ki, problem həll olunandan sonra ixracatçılar yenidən köhnə marşrutla məhsul tədarük edəcəklər.

Birliyin rəhbəri qeyd edib ki, Rusiyaya meyvə-tərəvəz idxalı üç liman – Əmirabad, Ənzəli və Astara vasitəsilə həyata keçiriləcək.

O, təchizatçıların əvvəllər bu marşrutdan istifadə etməmələrinin səbəbi kimi ən əlverişli olan refrijator konteynirlərin çatışmazlığını göstərib. Ticarətin Təşviqi Təşkilatının rəhbəri Alireza Peyman Pak kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü üçün digər mümkün marşrutların adını çəkib.

Bunlar Ermənistan və Gürcüstandır. Həmçinin, onun sözlərinə görə, İran hökuməti qarşıya dörd il ərzində ölkədən mal ixracını 45 milyard dollar artırmaq vəzifəsi qoyub.