İranlı ekspert: İran hərbi saziş olmadan Ermənistanın sərhədlərinin müdafiəçisi olub
Ermənipərəst siyasi ekspert Ehsan Movəhhediyan “X” hesabında yazı dərc edib:
“Ermənistanın Qərbə yönəlməsi İranı bu ölkə ilə əməkdaşlığı genişləndirməkdə tərəddüdlə üzləşdirir. Yerevan İran və Rusiyanı təhdid etməkdə Qərbin hərisliyinə boyun əyməməlidir. İran hərbi saziş olmadan Ermənistanın sərhədlərinin müdafiəçisi olub və öz sadiq, etibarlı müttəfiqlərini (Suriyada, İraqda, Yəməndə, Fələstində) tək qoymur”.
Məmmədli Ömər