“İran kəşfiyyatı” Fazil Mustafanı “vurmağa” başladı –Niyə? ŞOK SƏBƏB

18/12/16 3:25

Millət vəkili Fazil Mustafa nur-az.com saytının onun Fətullah Gülənlə əlaqəsi olması ilə bağlı hazırladığı yazıya münasibət bildirib. A24.Az-a açıqlama verən deputat qeyd etdi ki, nur-az.com deyilən sayt İran kəşfiyyat orqanlarının Azərbaycan üzərindən qurduğu internet resursudur.  Onun sözlərinə görə, bu saytın yazarlarından biri olan İftixar Kazımov nə bir saniyə irəli, nə də geri, dəqiq QUM saatı ilə işləyir.

“Mənim barəmdə böhtanlar bu kimi saytlar vasitəsi ilə yayılır, bizim media quruluşlarında yerləşdirilmiş şəxslər vasitəsilə tirajlanır. Oxuduqca iz itirmək üçün hansı primitiv formalardan istifadə etdiklərinə gülüb keçirsən. Ancaq saytda marağımı çəkən bir informasiya oldu: “Nardaran şəhidləri Təbrizdə yad ediləcək!”

Bu Vətən xainləri üçün Qarabağ şəhidləri deyilən anlayış yoxdur, yalnız özlərinin düzüb-qoşduqları Nardaran şəhidləri anlayışı mövcuddur. “Azərbaycan Səfəvi dövləti” adı altında yaradılan saytlar da eyni mənbədən idarə olunur. İnsanlarımızın sadəlövhlüyündən istifadə edib, yalan-palan informasiyaları bu vasitə ilə yayırlar. Hüquq-mühafizə orqanlarımız bu kimi faktlara və fəaliyyətlərə xüsusi həssaslıqla yanaşmağa borcludurlar” deyə millət vəkili bildirib.