İran məhkəməsi milli fəal Muxtar İbrahimini təhlükəsizliyi pozmaq yönündə fəaliyyətdə ittiham edir

25/03/21 10:16

Milli fəal Muxtar İbrahimi Şərqi Azərbaycan vilayəti Marağa şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsinə əsasən, İbrahimi “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə ölkə daxilində qurulmuş dəstə ya təşkilat, ya da təşkilatın şöbəsinə üzv olmaq” ittihamı ilə mühakimə edilir.

Türk fəaldan 19 fevral günü səhər saat 10-da Marağa İnqilab Məhkəməsinə müraciət etməsi istənilib.

İbrahimi keçən ilin avqust ayının 26-da nəzarət altına alınaraq, İranın təhlükəsizlik qurumunun həbsxanasında 3 həftə sorğu-dual edilmişdi. O oradan Marağa Həbsxanasına köçürülüb və bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

“İranda türk fəalları məhkum edən İnqilab Məhkəmələri kəşfiyyatın nəzarəti altındadır”

Muxtar İbrahimi həmçinin bir neçə digər fəalla birlikdə 2013-cü ilin dekabr ayında Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində Azərbaycan Demokrat Firqəsinin liderlərindən olmuş Xanəli Mütiyinin məzarı önündə toplaşaraq 1945-46-cı illərdə qurulan Milli Hökümətin ildönümünü qeyd etdikləri üçün nəzarət altına alınmışdı. O daha sonra 91 gün həbsə məhkum edilib və həbs müddətini Mahabad həbsxanasında keçirib.

Transqafqaz.com