İran prezidenti seçkiləri xəritəsi

04/07/24 11:54

İranda Prezident seçkilərində 1-ci turun səsvermə xəritəsi:

Məsud Pezeşkiana ən güclü dəstəyi azərbaycanlılar, kürdlər, giləklər və talışlar veriblər. Ən az dəstəyi isə Pezeşkian mazandaranlılar və ərəblərdən əldə edib. Kürd və azərbaycanlı bölgələrdə Pezeşkian aşırı fərqlə Cəlilini məğlub edib. Mərkəzi Urmiya olan Qərbi Azərbaycan ostanında da Pezeşkian 600 min səs fərqi ilə nəticə qazanıb.

Ən çox səs fərqi Şərqi Azərbaycan ostanında (Təbriz) və Gilanda qeydə alınıb. Cəlili isə digər bölgələrdə və öz vətəni Xorasanda aşırı fərqlə qalib gəlib.

#İran

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir