İran siyasi intihar ərəfəsindədir…

07/10/21 10:41

Azərbaycan qonşuluq xatirinə illərlə susdu. Bu təkcə qoşuluqla bağlı deyildi, həm də can bir, qəlb bir qardaşlarımızın xatirinə susdular. Amma İran öz çirkin oyunlarından bir addım da çəkilmədi. Bizə qarşı olan hər siyasətin ortasında oldu. Qarabağdakı talanda baş rolda oldu.

Bütün bu xəyanətləri dərindən izləyən bu gün Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev Bakının zəif vaxtlarında belə, öz hakimiyyətini və ölkəsini təhlükəyə ataraq, ABŞ-ın İrana qrşı planlarını rədd etmişdi. Onun bu mövqeyi vaxtilə sınaqdan keçib. 2005-ci ildə amerikalılar Bakıya Azərbaycan ərazisində İran sərhədləri yaxınlığında ABŞ xüsusi təyinatlı qüvvələr bazasının yaradılması barədə fikrini dilə gətirmişdilər. Əks təqdirdə, onlar Azərbaycanı “rəngli inqilab” və müxalifətə dəstək olacağı ilə hədələmişdilər. Lakin bu təhdidlərə rəğmən İ. Əliyev, «mən ərazimizdən qoşu ölkəyə qarşı istifadə edilməsinə icazə verə bilmərəm»-deyə əsil siyasi lider kimi tarixin sınağından çıxdı. Azərbaycan o zəif dönəmlərdə kimsəni yerləşdirmədi, amma bu qalib günlərində kimisə yerləşdirdi? Bu molla yalançılığı və riyakarlığıdır.

İran isə bunun müqabilində bizlərə yardım «etmələri» barədə bolluca yalanlar uydurub nağıl danışmaqla ermənilərə müsəlmanları öldürməsi üçün silah-sursat daşıdı. Daim bizə qarşı xislətlərinə uyğun işlərlə məşğul oldu. Biz pulumuzu verib silahımızı alarıq. Əgər İsrail və ABŞ düşməndirsə, bəs bu mollalar niyə o zaman bir dollar kağızına imanlarını satırlar? İslami Şura Məclisinin rəyasət heyətinin üzvü Seyid Möhsin Dehnəvi adlı birisi yazıb: “Azərbaycan Respublikası rəsmiləri “Xeybər fatehləri” hərbi manevrinin mənasını anlamalı, beləliklə, İsrailin çürümüş kəndiri ilə İranla düşmənçilik quyusunun dibinə getməməlidir! Xeybər israillilər üçün hələ də unutmadıqları möhkəm zərbəni xatırladır və “Xeybər fatehləri” adlanmış hərbi təlimlər Xeybərin fəthi əməliyyatına çevrilə bilər. Belə yerdə «bay sən öləsən», bu Vazgenlə donuz əti yeyib, Vartanın çaxırından içib, Siranuşu siğə eləmək deyil. Bu mollaların beynini tiryək qurudub. Bu gün də İran molla rejimi «şir quyruğundan yapışdı», amma sonda qəssabxanadan «ayağını kəsən» itin vəziyyətinə düşdü.

Yəqin ki, qəssabla itin əhvalatını hər kəs bilir. Qəssabxana ətrafında baş girləyən bir itin bir gün iştahası artır və sallaqdan asılı bir qoyun budunu götürüb aradan çıxır. Qəssab deyir ki, it təkcə ət oğurlamadı, həm də öz ayağını buradan kəsdi…

Azərbaycanın ağır və ağrılı günlərində İranın anti İslam kəşfiyyatçıları şiə təəssübkeşi maskalı erməni kəşfiyyatçılarını Bakıya yollayır, cəbhədə ermənilərə silah və humanitar yardımlar edir, ölkə daxilində təxribatlar törədir, hətta ölkənin o vaxtkı rəhbərini Tehrana dəvət edərək Şuşanın işğalına şərait yaradırdı. Hətta silahlı dəstələr və generallar səviyyəsində erməni quldur-separatçı dəstələri tərkibində Azərbaycan xalqına qarşı döyüşməkdən belə çəkinmirdilər.

Azərbaycanı qələbə çalaraq İslam torpaqlarını kafirlərin tapdağından, şiə məscidlərini erməni donuzlarından təmizlədikdən sonra mollaların «canları» ağrımağa başladı. Tez-tez tutmaları tutur və çarəsizcəsinə vurnuxmağa başlayırlar. Amma sevindirici haldır ki, haqq qalib gəlməyə meyillidir. Artıq dünya şər dəstəkçisi olan İranın iyrənc və məkrli oyunlarını dərk etməkdədir. İlkin xəbər Gürcüstandan gəldi. Erməniyə kiçik qardaşlıq edən mollaların kələfi dolaşdı. Gürcüstan İran İslam Respublikasının vətəndaşlarının və yük avtomobillərinin ölkə ərazisinə girişini məhdudlaşdırdı. Ermənistan üzərindən keçərək Gürcüstana daxil olmaq və tranzit vasitəsi ilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-lar sərhəddə saxlanılıb.

Bu barədə sosial şəbəkələrdə artıq məlumat yayılmışdı.

Gürcüstan Sərhəd Xidmətinin əməkdaşlarının İran vətəndaşlarını ölkəyə buraxmaqdan imtina etmələri rəsmi Tehranı qıcıqlandırıb. İran XİN-nin mətbuat katibi Səid Xətibzadə rəsmi Tbilisinin belə davranışını “yolverilməz və diskriminasiyalı” adlandırıb: “Məsələ diplomatik kanallarla ciddi şəkildə müzakirə ediləcək”. Bundan başqa Gürcüstan 3+2 formatını da təklif edir. Yəni üç Qafqaz ölkəsi Türkiyə və Avropa Birliyi. Bu formatda da İrana yer yoxdur. Rəsmi Tehran hazırkı tutumunda israr etsə, Ermənistan xaric, bütün region ölkələrini qarşısına alacaq. Bu da tədricən onun iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq.

Gürcüstanda İran vətəndaşlarına müvəqqəti yaşama izinlərinin verilməsində də sərt məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Eyni gündə Türkiyə və İran arasındakı Dilucu, Gürbulak, Kapıköy və Esendere sərhəd-keçid məntəqələrinin bağlandı. Minlərlə nəqliyyat vasitəsi və İran vətəndaşı sərhəd keçid məntəqəsində qalıb. Prosesin Orta Asiyada, Pakistanda və Əfqanıstanda da təkrarlanacağı gözlənilir. Cənubda dəniz daşımaları isə sanksiyalara məruz qalıb. İrana ticari dövriyyəyə görə milyardlarla zərər dəyə bilər və bu dolayı yollarla ticarət vasitəsiylə bu günədək Molla rejimi «öz çulunu sudan çıxarmağı» bacarmışdı. Amma nadancasına oturduğu budağı kəsən mollakratiya bu nəticəni alacağını gözləmirdi.

Amma molla həyasızlığı sərhəd tanımır. Aldğım məlumatlı mənbələrdən verilən informasiyalara görə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns postuna təyin ediləndən az sonra İranın Ermənistandakı səfiri, ermənidən pis bir varlıq olan Abbas Zohuri onunla görüşüb. A. Zohuri Makunsdan xahiş edib ki, İranın maraqlarının ABŞ-da təmin olunması üçün erməni lobbisinin köməyinə şərait yaradılsın. İranlı diplomat, 44 günlük İkinci Qarabağ Müharibəsində İranın Ermənistana verdiyi dəstəyin müqabilində rəsmi Tehran Birləşmiş Ştatlarda güclü olan erməni lobbisinin yardımlarına və dəstəyinə bel bağladığını bildirib. İranın məqsədi ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların yumşalmasına nail olmaqdır. Abbas Zohuri L. Makunsdan ABŞ-dakı erməni lobbi təşkilatları ilə yanaşı, yəhudi qurumları ilə əlaqə yaradılmasında kömək göstərilməsini istəyib.

 

Abbas Zohuri görüşdə bildirib ki, İran tərəfi danışıqlara heyət ayırmağa və Birləşmiş Ştatlardakı yəhudi təşkilatların nümayəndələri ilə sadəcə, Vaşinqtonda yox, İrəvanda, hətta üçüncü ölkədə görüşməyə hazırdır. Fəqət, bu görüş Ermənistanın vasitəçiliyi ilə olmalıdır.

Amma fars mollalarının bu arzuları da gözlərində qalıb. ABŞ-dakı yəhudi təşkilatları belə təmaslardan qətiyyətlə imtina edərək ermənilərin bu təklifinə və İrana rədd cavabı veriblər.

Aldığımız digər bir məlumatda isə İran və Əfqanıstan sərhədi yaxınlığındakı Doğarun kəndində dörd yanacaq daşıyan maşın yanmasıdır. Bu məlumatı IRIB Teleradio Yayımları Korporasiyası təsdiqləyərək yanğının söndürüldüyünü deyib. Lakin eyni vaxtda 4 tankerin yanması heç də təsadüfi sayılmamalıdır.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan Moskvaya gələrkən qəribə bir açıqlama verdi. Bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla planlaşdırılan görüşdə Qafqazdakı vəziyyəti müzakirə etməyi planlaşdırır. İranlı diplomatın sözlərini İRNA agentliyi yayıb.Tehran müharibə günlərində düşmən saydığı Qərb ölkələrinin bəzi mərkəzlərinə qoşularaq Azərbaycan tərəfdən “terrorçuların” savaşdığını səsləndirmişdi.

Müharibədən sonra Qərbdə və Rusiyada “terrorçu” mövzusu unudulsa da, Tehran bu “mövzunu” yenidən diriltməyə və Azərbaycanın əleyhinə aktuallaşdırmağa çalışır. Nəhayət “sionistlər” mövzusuna gəldikdə, Tehran Azərbaycanda İsrail izi axtarmaqda davam edir. Bu gün Abdullaiyanın Moskva səfəri siyasi gedişdən çox molla «işverənliyinə» oxşayırdı. Yəqin bunu da mollalar erməni siğə qardaşlarından əxz ediblər.

Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə etiraz etmir. Əksinə, bu mövzuyla bağlı təkliflərini həm Bakı, həm də İrəvana göndərib. Tehran isə Moskvaya demək istəyir ki, “sərhəd toxunulmazdır və işğaldan əvvəlki vəziyyətində” qalmalıdır. Bunun reallıqdan uzaq olduğunu Azərbaycan və Ermənistanla yanaşı, Rusiya da anlayır. “Bölgədə terrorçular və sionistlər” var iddiasına gəldikdə, Tehran bu məsələdə də Kreml öz tərəfinə çəkə bilməyəcək. İsrail Rusiyaya dost dövlətdir və Tehranın bu iki dövlətin münasibətlərinə zərər vurması nəticə verməyəcək.

Lavrovla görüşdə Qafqazda baş verən hadisələrlə bağlı mövqelərimizi müzakirə edəcəyik» deyərək, «Rusiyanın bölgədəki sərhədlərin mümkün dəyişikliyinə reaksiya verəcəyini gözləyirik». İran Türkiyə və Azərbaycana qarşı Rusiya, İran və Ermənistan ortaq iş birliyini ortaya qoyacağına, hətta Zəngəzurda hərbi iştirakına razılıq alacağına ümidliydi. Amma anlamırlar ki, demilitasiya və demarkasiya xətlərini Rusiya İrandan daha yaxşı bilir və Azərbaycanın yürütdüyü siyasətdən də halıdır. Nəticə olaraq Abdullahiyanın «kabab iyinə» getdiyi qapıda «eşşək dağlandığını» görüb kor-peşiman geri qayıtdı.

Mümkün sərhəd dəyişikliyindən danışan İran XİN rəhbəri, Azərbaycan və Ermənistan arasında qarşıdan gələn sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə işarə edir. Ancaq Üçlü Moskva Sazişinə görə, münaqişə tərəfləri Sovet dövründə qurulan inzibati sərhədləri əsas götürülüb. Abdollahiyan hansı sərhəd dəyişikliyindən dəm vurması, kiməsə, heç bəlkə də İranın bu yeni naziri hansı sərhəd təxmin etmir. Üstəlik quru sərhədlərinin davasıyla getdiyi Moskvada Lavrovdan dənizlə bağlı haqlı bir irada qonaq edildi: «Biz dəfələrlə həmsöhbətlərimiz, dostlarımıza Xəzərin hüquqi statusu haqqında konvensiyanın qüvvəyə minməsinin mümkün qədər tezləşdirilməsinin təmin edilməsinin vacibliyini bildirmişik». Çünki İran razılaşmaları pozaraq Xəzərə hərbi gəmilər yeridib. Ona görə də Rusiyadan da layiqli bir «kötək» alaraq geri qayıdıb…

  1. Lavrovu görüb Azərbaycana dua edə-edə geri dönən Abdullahiyan Rossiya-24 kanalına müsahibəsində belə deyib: “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı ola bilmərik. Bizim xarici siyasətimiz balanslaşdırılmışdır. İki gün əvvəl erməni həmkarım Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarım da İranı ziyarət edərdi”.

Bu məqamda bir xatırlatma yerinə düşərdi. 2021-ci ildə sabiq Xİ naziri Zərifin sözlərinə görə, Qasem Süleymaninin «nüvə anlaşması» olaraq bilinən Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) Vyanada imzalanmasından on gün sonra 2015 -ci ilin iyulunda Moskvaya səfəri zamanı «İran və Altılıq vasitəçi (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və Almaniya) arasında. “Bu səfər İranın Xarici İşlər Nazirliyinin nəzarəti olmadan Moskvanın təşəbbüsü ilə edilməsinə etirazını bildirmişdi. Məqsəd BHFP -ni məhv etmək idi» — deyə Zərif bildirmişdi.

«Süleymaninin Putini (Suriyada — «Kommersant» nəşri) Suriyada müharibəyə sürüklədiyini söyləyirlər. Ancaq qərarı verən Putin idi. Putin müharibəyə başladı və İranın hava və quru qüvvələrini düşmənçiliyə sürüklədi. O vaxta qədər quru qüvvələrimiz orada deyildi. Suriyalılar, ərəblər, əfqanlar və könüllülər var idi. Ancaq bütün bunların Rusiyanın BHFP -nı pozmaq istəyi ilə necə əlaqəli olduğu nəşr olunan hissələrdən bəlli deyildi.

Zərif iddia bildirmişdi ki, Moskva hətta imzalanma mərhələsində, xüsusilə «müqavilə» nin bağlanmasından bir həftə əvvəl fəal şəkildə hərəkət edərək, BHFP -nı məhv etməyə çalışdı, çünki İran və ABŞ arasında yaxınlaşma Rusiya maraqlarına zidd idi.

Nazirin sözlərinə görə, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda bəzən «kobud və diplomatik olmayan dil» işlətməli olurdu. Rusiyanın «nüvə anlaşması» ilə bağlı narazılığına dair sözlərinin təsdiqi olaraq, BHFP -ya imza atan ölkələrin xarici işlər nazirlərinin Vyanada çəkilmiş və Rusiya Xarici İşlər Nazirinin olmadığı məşhur fotoşəkilinə istinad etmişdi.

Amma bunlara baxmayaraq «molla zehniyyəti» öz məkrli və xain planlarından geri çəkilmək əvəzinə, nökər kimi alçaldıla-alçaldıla erməniyə daşımaçılıq etməklə Azərbaycanın hava yolnu bağlayır. Amma bu «müsəlman» adlanan rejimin iyrənc əməlləri fonunda aldığımız ilginc xəbərə diqqət yetirin:

“Ermənistan ilk “türk dəhlizi”ni açdı: «Azərbaycanın təyyarələri ölkəmizin üzərindən keçərək Naxçıvana enə biləcək, həmçinin əks istiqamətdə uçuşlar həyata keçiriləcək”. Bunu erməni türkoloq Varujan Geqamyan xəbər verir. Qeyd edək ki, bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Yolsuz Ayətullalar yol kəsdiyi gün düşmən ermənilər yolumuzu açaraq bu mollaların ermənidən də pis olduğunu dünyaya duyurdu. İran üçün bu bir siyasi intihardır. Üstəlik Kremlin qapılarında burununun suyunu tökən Abdullahiyan dönüş öncəsi «imana» gəlib deyir: “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı ola bilmərik. Bizim xarici siyasətimiz balanslaşdırılmışdır. İki gün əvvəl erməni həmkarım Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarım da İranı ziyarət edərdi”.

İran ətrafında çəmbər daralır. İllərcə Azərbaycana qarşı basdırdığı minalar bir-bir partlamaqdadır. İllərdir ki, molla rejimi qəhrəman İran xalqının milyardlarını anti İslam oyunları üçün göylərə sovurur. Bu rejim İran xalqının rifahını deyil, yalnız öz yaratdıqları əmmaməli ÇeTe-nin rifahı üçün çalışır. Onların, nə dinə, nə imana dəxli olmadığı bir daha üzə çıxdı. İnanıram ki, bu «quyruqlu» Ayətullalarla xüdafizləşməyin vaxtı çatıb. Elə bu ağılla onlar da bunu gözləməkdədirlər…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidməti