İranda 7-gündü Ərəblər ayaqda… Xalq rejimə qarşı dirənir…

22/02/17 9:22

İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən, böyük neft yataqlarının yerləşdiyi Ahvaz şəhərində İran rejiminə qarşı mitinqlər yeddinci gününür ki davam edir.

500 min ilə bir milyon arası Ərəbin yaşadığı İranın Huzistan vilayətindəki mitinqlər yeddinci gününü davamlı olaraq daha da inkişaf edir. İran inqilab mühafizəçilərinin dayandırmaqda çətinlik çəkdiyi mitinqlərdə, inqilab qvardiyasına aid bir qərargah atəşə verilib, onlarla inqilab qvardiyaçısı xalq tərəfindən linç edilib. Hadisələrin böyüməsi üzərinə regionda internet kəsilib və meriya qarşısında aksiyalar qadağan olunub. “Arabi21.com” adlı xəbər saytı, təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsi zamanı Həsən el-Bogbiş adlı bir nümayişçinin həlak olduğunu iddia edib. İran mediasında öz əksini tapan məlumatlara görə, xalq ötən həftədən bu yana fasilələrlə Ahvaz İcra Hakimiyyəti qarşısında aksiya təşkil edirdi.

İRAN TELEVİZİYASI SƏSSİZ

İnqilab Mühafizəçilərinin xalq tərəfindən linç edilməsinin ardından Prezident Həsən Ruhani, Bölgə Qubernatoru və Daxili İşlər Naziri ilə təcili bir toplantı keçirdi.

İranın dini lideri Əli Xamneyi də mövzuyla əlaqədar etdiyi açıqlamada, hökumətin sözü gedən regionla maraqlanmasının lazım olduğunu söyləyib. Aksiyaların böyüməsinin ardından İnqilab Mühafizəçiləri, təhlükəsizlik məsələlərinə yanaşanların həbs olunacağını açıqlayıb. İranlı rəsmiləri, getdikcə böyüyən aksiyaların icazəsiz olduğunu bildirib. İran dövlət televiziyasında isə aksiyalara münasibətin səssizlik gözə çarpır.

STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK

İranın Cənub-qərbindəki Huzistan vilayəti zəngin neft yataqları baxımından strateji əhəmiyyətə malikdir. Ahvaz, İranın, Marundan sonrakı ən böyük sahil nefti yatağı kimi də tanınır. ABŞ-ın keçmiş Prezidenti Barak Obama dövründə ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi ilə bir çox nəhəng neft şirkətinin bölgəyə investisiya qoymaq istədiyi İranlı rəsmi açıqlanmışdı. Huzistan əyaləti İranın nüvə enerji fəaliyyətlərinin mərkəzi olan Buşehre yaxınlığı ilə də diqqət çəkir. İranın Neft Nazirliyi regionda baş verən qum fırtınaları səbəbindən gündəlik neft hasilatının 700 min barelə düşdüyünü açıqlayıb.

HAVASI ƏN ÇİRKLİ ŞƏHƏR

Bölgədə günlərdir davam edən qum fırtınaları, elektrik fasilələri, məhəlli idarənin məsələlərə qarşı laqeydliyi Ahvaz şəhərində böyük etirazlara səbəblərindən biridir. Dünya Səhiyyə Təşkilatının 2015 məlumatlarına görə Ahvaz, dünya üzərində havası ən çirkli şəhər elan edilib. Bir milyon əhalisi olan bu şəhəri əhatə edən neft hasilatı obyektlərinin yaratdığı çirkinlik qarşısında İranlı rəsmilərin laqeydliyi xalqın etirazlarına səbəb olub. New York Times qəzetinə danışan Mobin Ataee adlı bir İranlı, qovuruq deyərək, “Hökumətin puldan başqa heç bir şeyə məhəl qoymadığı, xüsusi bir regionda sankı yaşayırıq” hissinə malikik” deyib. Ataee, regionun hökumət tərəfindən boşaldılıb, tamamilə neft sənayesinə ayrılmaq istədiyini də iddia edir.

NEFT KƏMƏRİ BOMBALANIB

Ötən Yanvar ayında Ahvaz bölgəsində iki neft kəmərinə bombalı təxribat hazırlandığı xəbəri arabnews.com adlı internet saytına əks olunmuşdu. Hücumu “Ahvazın Azadlığı üçün Ərəb Mübarizə Hərəkatı” adlı qrup üzərinə götürmüşdü. Qrup verdiyi bəyanatda 2017-in əvvəlki illərlə müqayisədə daha hərəkətli keçəcəyini bildirmişdi.

Transqafqaz.com

Mirvari Rza