İranın paytaxtı Tehran günə ikiqat terror hücumu ilə başladı. İlk olaraq dörd silahlı terrorist parlament binasını basqın edib. Sonra İmam Xomeyni türbəsində terroristlər əvvəl ətrafa atəş açıb, daha sonra basqınçılardan biri özünü partladıb.
1979daki İslam İnqilabından sonra ilk dəfə İran Parlamentinə hücum təşkil olunub. Tehrandakı iki terror aktında ən azı 12 nəfər ölüb, 39 nəfər yaralanıb. İranın simvolik mərkəzlərini hədəf alan hücumları terror təşkilatı İŞİD üzərinə götürdü. Bu təcavüz, əli qanlı təşkilatın İranda keçirdiyi ilk hücum kimi qeydiyyatdan keçib.
Könül Hacıyeva