İranda vziyyət gərginləşir! Rejim tərəfdarları da küçələrə enib…
Tehran başda olmaqla İranın bir çox şəhərində rejimə qarşı etiraz aksiyaları keçirir. Çıxışlarda Xamenyi və Ruhani əleyhinə şüarlar səsləndirən etirazçılar, Tehran rəhbərliyinin Suriya məsələsindəki roluna də etiraz edirlər.Gərginlik hər ötən saat dırmaşarkən, rejim tərəfdarlarının müxaliflərə qarşı küçələrə düşdüyü qeyd olunub. ABŞ hökuməti nümayişçilərə dəstək verərkən, etirazların nəzarətdən çıxması, qanlı müdaxilələrin həyata keçməsindən ehtiyatlanır.
İranın Məşhəd və Kəşmər şəhərlərindən sonra rejim və Prezident Ruhani rəhbərliyi əleyhinə mitinqlər Kirmanşahda da baş verib. İranın Kirmanşah şəhərində “həyat bahalılığına” etiraz edən nümayişçilərə polis müdaxilə edib. Sosial mediada yer alan görüntülərdə, Kirmanşah şəhərində keçirilən mitinqlərə çoxlu sayda insanın iştirak etdiyi görünür. Ölkə daxilindəki etirazlarda ölü və yaralılar olduğu bildirilir.
Ölkənin xarici siyasəti, rejim və Prezident Həsən Ruhani hökuməti əleyhinə “Nə Qəzza, nə Livan, canım İrana fəda olsun”, “Rədd Olsun diktator”, “Rədd Olsun Ruhani”, “Suriyanı burk bizlərə bax” şəklində şüarlar səsləndirən nümayişçilər, polisin sərt müdaxiləsi ilə qarşılaşdı. Bəzi bölgələrdə ölkənin lideri Əli Xameneyinin plakatları parçalandı, “Hamaneye, Ruhaniyə ölüm” şüarları səsləndirilib.
Paytaxt Tehran və digər şəhərlərə də sıçrayan aksiyalara Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trumpın dəstək verməsi diqqət çəkdi. ABŞ Xarici İşlər Nazirliyi, İrandakı hakimiyyət əleyhinə aksiyaları yaxından təqib etdiklərini açıqlayaraq, hadisələr zamanı həbs etmələri qınadıqlarını bildirib.
(Kashanda bir prokurorluq binası atəşə verildi)
Etirazlarda baş verən bəzi hadisələr isə 2013 dəki kimi təxribat baş verməsi kimi görünüb. Aksiyalarda bir qadının başı açıq halda əlində ağ bir parça dayandığı kameralara əks olunub. İran rəhbərliyi qısa bir müddət əvvəl artıq qadınların geyimindən dolayı müdaxilə edilməyəcəyini bildirmişdi.
Digər tərəfdən, İranda rejim tərəfdarları müxaliflərə qarşı küçələrə çıxarkən, etirazların nəzarətdən çıxması vəziyyətində İran İnqilab Mühafizəçilərinin hadisələrə müdaxilə edə biləcəyi bildirilir. Ancaq İnqilab Mühafizəçilərinin mümkün müdaxiləsində qanlı nəticələrin ortaya çıxa biləcəyi ifadə edilir.
Etirazlarda başqa səbəblər də göstərilir.
“Tehranda 25-ci İran Tibb Doktorları Konfransında danışan Prezidentin Birinci Müavini İshaq Cahangiri,” həyat bahalılığı” bəhanəsi ilə keçirilən küçə aksiyalarının arxasında başqa səbəblərin olduğunu bildirib. Cahangiri, “Küçə nümayişlərini başlayanlar, onu saxlayanlar olmayacaq. Çıxan tüstü öz gözlərini də yandıracaqdır”. Deyib
Tahran Belediyesi Emniyet Dairesi Başkan Yardımcısı Muhsin Nesic Hemadani de göstericilerin attığı sloganların ülke düşmanlarının işine yarayacağını öne sürerek, bu amaçla yapılacak gösterilerin kararlılıkla bastırılacağını açıkladı.
Transqafqaz.com