Erməni siyasi analitik Argişti Kiviryan Erməni mətbuatında yazır:
«İran Azərbaycanla sərhəddə, daha konkret XUDAFƏRİN körpüsü istiqamətində irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlərlə İran öz hərbi gücünü Azərbaycanla yanaşı həmdə İsrailə göstərmək niyyətindədir. Belə ki, İranın zirehli texnikalarının üzərində diqqəti çəkən yazılarda bildirilir ki, «İSRAİL NÖVBƏTİ 25 İLİ GÖRMƏYƏCƏK.»
Azərbaycan hakimiyyətinin tələm-tələsik Füzulidə aeroport tikib istifadəyə verməsi, əslində bu aeroportdan, həm də İsrailin İrana qarşı istifadə etməsi üçün də nəzərdə tutulmuş ola bilər.»
Erməni şərəfsizlərin bu və buna bənzər qızışdırıcı məqalələri doğrudan da İranda anti Azərbaycan əhvali ruhiyyəsinin formalaşmasında mühüm rol oynaya bilər.
DOSTLAR, bu mövzuya dair Sizin rəyləriniz və təklifləriniz maraqlı olardı.
İsmayıl TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları vəTəlim Mərkəzinin Direktoru
Mənbə: Fedai.az