İran yük maşınlarının Bakının razılığı olmadan Azərbaycan ərazisinə daxil olması məsələsi öyrənilməli və həll olunmalıdır.
Bundan əlavə, ölkələr bu məsələnin hüquqi və siyasi aspektlərini həll etməlidirlər.
Bunu iranlı politoloq, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani yerli mətbuata müsahibəsində deyib.
“Başqa yol yoxdur. Səbəbləri aydındır. Azərbaycan İran yük maşınlarının Xankəndinə daxil olması ilə əlaqədar etiraz etdi. Daha sonra bu səbəbdən Azərbaycan tərəfi Goris-Kapan yolunda bir keçid məntəqəsi quraraq iranlı yük maşını sürücülərindən pul tələb etdi. Azərbaycan problemi bu şəkildə şişirtməməli idi. Eyni zamanda İran tərəfi ehtiyatlı olmalı idi. Çünki Xankəndi Azərbaycan ərazisidir və İran yük maşınları ora gedə bilməz ”dedi.
Transqafqaz.com