İraq Prezidenti Azərbaycanda səfərdədir

20/11/23 5:02

Azərbaycanda rəsmi səfərdə olan İraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və İraqın dövlət bayraqlarının dalğalandığı meydanda Abdel Lətif Camal Rəşidin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb. Fəxri qarovul dəstəsinin rəisi İraq prezidentinə raport verib. Dövlət başçıları əsgərləri salamlayaraq fəxri qarovul dəstəsinin ətrafından keçdilər.

İraq Prezidenti Kürdüstan Vətənpərvərlər İttifaqının nümayəndəsidir. Səddam Hüseynin məhvindən sonra, seçilmiş beş prezidentdən dördü həmin koalisiyanın təmsilçisidir. Son vaxtlar Azərbaycan hakimiyyəti ilə İraq arasındakı əlaqələr çoxalıb.

Münasibətlərin, İraq Kürdüstanı muxtariyyətinin bir birilə düşmən mövqedə olan hər iki tərəfi ilə normal vəziyyətdə olduğunu söyləmək olar. Düzdür, indiki səfərdə Camal Rəşid mərkəzi hökuməti təmsil edir. Əslində, İraq konstitusiyasında prezident simvolik siyasi fiqur sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir