İraq Türkmən Cəbhəsi Diyalada seçki kampaniyasında.

09/12/23 8:11

İraq Türkmən Cəbhəsinin rəhbəri Diyalada İraq Türkmən Cəbhəsi namizədinin seçki kampaniyasında iştirak edib.

İraq Türkmən Cəbhəsinin rəhbəri cənab Həsən Turan 9 dekabr 2023-cü il şənbə günü Diyala valiliyində İraq Türkmən Cəbhəsinin namizədi Dr. Samira Amer Abdul Qadirin seçki festivalı fəaliyyətlərinə qatılıb.

İraq Türkmən Cəbhəsinin Diyala bölməsinin keçirdiyi festivalda bir sıra milli xadimlər, siyasi liderlər, elita nümayəndələri iştirak edib. İraq Türkmən Cəbhəsinin rəhbəri çıxışında türkmənlərə çağırış edərək, İraq Türkmən Cəbhəsini dəstəkləməyə çağırıb.

Hasan Turan türkmən kimliyinin qorunub saxlanması, Türkmən bölgələrində xidmətlərin təmin edilməsi, yerli hökumətdə hüquqlarının təminatı, seçicilərin hüquqlarının qorunması yönündə İraq Türkmən Cəbhəsinə dəstəyin vacib olduğunu bildirib.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir