Həsən Turan Türkməneli bölgələrinə seçki turları çərçivəsində Telaferdə: Milli kimliyimizi qorumağa davam edəcəyik
İTC sədri Həsən Turan bazar günü, dekabrın 3-də Təlafərdə BTC-yə seçki namizədi Sacide Yunus əl-Əfəndi üçün rəhbərlik və qəbilə xadimlərinin iştirakı ilə keçirilən Seçki Yığıncağında iştirak edib.
İTC Təlafər Əyalətinin təşkil etdiyi Seçki Yığıncağı Təlafərin milli kimliyini və tarixi irsini əks etdirən ədəbi-mədəni tədbirlərin şahidi olub.
Seçki yığıncağında çıxış edən Sədr, Təlafər əhalisinin İraq Türkmən Cəbhəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib və etnik qruplar arasında birgə idarəçiliyin təmin ediləcəyi və türkmən milli kimliyinin təmin ediləcəyi kritik bir dövrün astanasında olduqlarını bildirib.
Yerli seçkilərin türkmən xalqının istəklərini reallaşdırmaq üçün uğurlu təcrübə olacağını deyən Turan, türkmənlərin hüquqlarının təmin edilməsi üçün dekabrın 18-də keçiriləcək seçkilərdə geniş iştiraka çağırıb.
Məmmədli Ömər