Bu gün İsgəndər Həmidovun 75 yaşı tamam olur. İsgəndər bəy Həmidov General Leytnant, demokratik Elçibəy hakimiyyətinin Daxili İişlər Naziri idi. Milli Azadlıq Hərəkatının əsas liderlərindən biri olub, Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konsitutsiya aktının qəbul olunmasında müstəsna xidmətləri olan İstiqlalçı Millət Vəkili idi. Azərbaycan Milliyyətçi Hərəkatının və Boz Qurd Partiyasının qurucu lideri olan İsgəndər Həmidov, 1993-cü il hakimiyyət dəyişikliyindən sonra qondarma ittihamlarla həbs edilərək 9 il Qobustan Qapalı Təciridxanasında cəza çəkmişdir. Məzarı başında dostları və əqidədaşları olaraq, İsgəndər Həmidovu böyük bir ehtiramla yad edir, Allahdan rəhmət diləyirik. !
Tanrı Türkü Qorusun!
Bu gün eyni zamanda Partiyamızın quruculuğunda mühüm rolu olan dəyərli dostumuz, Qarabağ Qazisi Oktay bəy Xəlilovun da doğum günüdür. Allah rəhmət etsin məzarı nurla dolsun!