“İşğal tarixi”ndə Birlik Günü, ABŞ diplomatlarının olmadığı Kiyev, Pristayko ilə qalmaqal. Günün əsas məqamları

15/02/22 11:58

Zelenski Ukraynalılara müraciət etdi

Ukrayna prezidenti Vladimir Zelenski  Rusiya qoşunlarının ehtimal olunan işğalı ilə bağlı ukraynalılara müraciət edib. O, Ukraynanın hərbi, diplomatik, enerji və informasiya cəbhələrində müharibə vəziyyətində olduğunu bəyan edərək, Ukrayna dövlətinin bu gün “həmişəkindən daha güclü” olduğunu və bütün mümkün təcavüzkar hərəkətlərə cavab verməyə hazır olduğunu vurğulayıb.

Prezident həmçinin MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) 16 fevral tarixində Rusiyanın işğala başlaması vaxtını, Ukraynada  “Birlik Günü” elan etdi. “Bu gün biz dövlət bayraqlarını asacağıq, mavi və sarı lentlər taxacağıq və birliyimizi bütün dünyaya nümayiş etdirəcəyik”, – deyə Zelenski bildirib.

Diplomatların təxliyəsi

ABŞ Dövlət Departamenti Kiyevdəki səfirliyinin təxliyyə edildiyini, diplomatların bir hissəsinin Lvova köçəcəyini, qalanlarının isə Rusiya qoşunlarının Ukraynaya ehtimal edilən işğalı səbəbindən ölkəni tərk edəcəyini açıqlayıb. Amerika mətbuatı yazır ki, Rusiya hərbçiləri artıq hücum üçün mövqelərə yerləşməyə başlayıb.

Eyni zamanda, Avropa İttifaqı ölkələrinin və BMT-nin əməkdaşları Ukraynada işləməyə davam edirlər.

Pristayko, NATO, Ukrayna

Ukraynanın Böyük Britaniyadakı səfiri BBC Radio 5 Live-a müsahibə verib və o, Rusiyanın mümkün yeni işğalı, təhdid və şantajı fonunda  Ukraynanın Konstitusiyada elan edilmiş NATO-ya üzv olmaqdan “imtina edə” biləcəyini bildirib.

BBC  Pristayko  ilə bağlı bəyanatı belə şərh edib: “Ukraynanın səfiri bildirib ki, ölkəsinin Rusiya ilə müharibənin qarşısının alınacağı təqdirdə NATO-ya qoşulmamağa razı ola bilər”. Bu mesaj dünya mediası tərəfindən dərc edilib və Ukrayna ictimaiyyətinin kəskin reaksiyasına səbəb olub.

Ukrayna Xarici İşlər Nazirliyi  Pristaykonun sözlərinin “kontekstdən çıxarıldığını” vurğulayıb  və əlavə edib ki, Ukrayna sülh və vətəndaşların həyatını xilas etmək naminə “ölkələr və beynəlxalq təşkilatlarla istənilən dialoq formatına” getməyə hazırdır.

Ukrayna Prezidentinin Ofisi xatırladıb ki, ölkə  NATO-dan üzvlük perspektivi ilə bağlı birbaşa bəyanat görmək istəyir , çünki “vəziyyət çox gərgindir” və  “biz həmişə astanada dayana bilmərik, onların Ukraynanı NATO-ya qəbul etməyə hazır olub-olmadığını bilmirik”.

Daha sonra  Pristayko özü nə demək istədiyini izah edib. “Hazırda müharibədən qaçmaq üçün biz kompromislərə hazırıq, lakin onlar NATO sferasında deyil, Minsk razılaşmalarında və sairdədir. NATO-ya gəlincə, bu gün biz kursumuzdan imtina etmirik, lakin biz hazırda sağ qalmağa imkan verəcək başqa variantları axtarmağa məcburuq”, – o bildirib.

Ukraynalıların Ukraynanı tərk etməsi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, bu gün  Ukraynanın 23 xalq deputatı xaricdədir. Mən bu barədə Ali Radanın fraksiya rəhbərləri ilə görüşdən sonra məlumat verdim. “Ukrayinska Pravda” yazır: «Novinski fevralın 10-da Münhenə (Almaniya) getdi…”

Zelenski iki dəfə xaricə gedənləri  növbəti 24 saat ərzində vətənlərinə qayıtmağa çağırıb.

Ali Radada “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia yüksək vəzifəli məmurlar üçün fövqəladə vəziyyət zamanı Ukraynadan çıxış qadağasının mümkün tətbiqindən danışıb.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir