İŞİD-in 700 canlı bombası Əl-Baba gəlir?

26/12/16 4:48

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın, Rakkadan Əl Baba 700 canlı bombanın hərəkət etdiyi istiqamətindəki iddialara cavab olaraq bildirdi ki, “Bu terror təşkilatının müxtəlif formada fəallığı ilə bağlı bizim xüsusi xidmət orqanlarımız işlər aparır və tədbirlərini alırlar.

Qalın, bidirib ki, “FƏTÖ, PKK, İŞİD və digər təşkilatların bir ittifaq içərisində olduğu sirr deyil”
2 min İŞİD-çinin PKK-ya qoşulduğu və Suriya rejiminin İdlibə hücum edəcəyi istiqamətindəki iddialara qarşı Qalın, “Bu terror təşkilatları bir-birindən fərqli kimi görünsə də həqiqətdə bir-biriləri ilə əməkdaşlıq edirlər. Xüsusən də Türkiyəyə qarşı bu FƏTÖ, PKK, İŞİD və digər təşkilatların bir ittifaq içərisində olduğu heç kimə sirr deyil. Separatçı terror təşkilatı ilə mübarizə mövzusunda keçmişə dönüb baxdığımız zaman Türk Silahlı Küvvətləri və digər təhlükəsizlik orqanları içərisində FƏTÖ-çu konfiqurasiyanın hansı maneələr çıxardığını hamımız gördük və bununla bağlı daha maraqlı məlumatlar da zaman millətlə bölüşdürüləcəkdir.