İskitlər kimdir və iskit geninin daşıyıcıları kimlərdir?

01/08/21 5:29

Тarixin mövcudluq forması – azadlıqdır, fəaliyyət prinsipi müstəqillikdir. Dahi A.Qumilyevun dediyi kimi, “etnik tarix nə məlumatların “əvvəli və axırı olmayan”  sonsuz yığımıdır, nə də sadəcə “keçmişin lətifələridir”.

Türklər qədim mədəniyyət çalarlarını özündə yaşatmaqla bərabər, bəşəriyyətə dövrünün ən mükəmməl ixtiralarını, mərdliyi, döyüş sənətini, cəngavərliyi bəxş etmişlər.

Sovet tarixşünaslığı siyasi məqsədlərə xidmət edərək İSKİT (türk) tarixini, mədəniyyətini öz soyköklərindən ayırmaq üçün yüzlərlə kitab, elmi məqalə nəşr etdirmişdir. Məqsəd – türk tarixinn izini itirmək və başqa xalqlara (fars) mənsub olduğunu “sübut” etmək olmuşdur. Ancaq tarixi müəyyən bir müddətdə saxtalaşdırmaq olar, amma həqiqəti gizlətmək mümkün deyil.

“Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Genologiya Sitologiyası İnstitutu və Samara Dövlət Sosial və Pedaqoji Universitetinin alimləri Almaniya, ABŞ və Fransadan olan həmkarları ilə birlikdə İskit tarixinin demoqrafik əsaslarını anlamaq üçün Avrasiya məkanında, İskit mədəniyyətinin daşıyıcıları üzərində ən böyük genetik araşdırma apardılar.

Məlum olub ki, Avrasiya çölünün müxtəlif ucqarlarından olan İskitlər digər xalqlara nisbətən bir -birinə daha yaxındır və onların nəsilləri türk dillərində danışanlara mənsubdur.

İskit məzarlarından alınan DNT testinə görə, İskitlər Y-xromosomal haplogroup R1a (həm Qərb İskitləri, həm də Şərqi İskitlər) və mitokondriyal haplogrouplar G2, G2a4, F1b, F2a, C, U2e, U5a, U5a1, T1, T1, T2, A, A4, H, H2a1, D, D4b1, N1a, I3, HV2, HV6, J, K, yəni İskitlər TÜRK MƏNŞƏLİDİR.

Haplogroup R1a1 demək olar ki, bütün müasir türk xalqlarında mövcuddur:

 

Azərbaycanlılar – 17,0%

Altaylar – 53,0%

Balkarlar – 25.74%

Başqırdlar – 26,3%

Qaqauzlar – 12,5%

Qazaxlar – 4,0%

Qaraqalpaqlar – 18,2%

Karaçaylar – 27.54%

Qırğızlar – 63.0%

Qumuqlar – 13,2%

Tatarlar – 34,1%

Tuvalılar – 14,0%

Türklər – 6,9%

Türkmənlər – 6,7%

Özbəklər – 30,0%

Uyğurlar – 28,6%

Xakaslar – 28,3%

Xotonlar (monqol dilli uyğurlar) – 82.0%

Çuvaşlar – 31,6%

Şorsar – 58,8%

Yakutlar – 3,2%

Vahidov Qurban. Araşdırmaçı – analitik