Gənclər və İdman Naziri Azad Rəhimov 7 ölkənin İslam Oyunlarında iştirakla bağlı maliyyə çətinliyi ilə üzləşdiyini və Azərbaycanın həmin ölkələrə yardım edəcəyini bildirib.
Azərbaycan 24-ün məlumatına görə, nazir vurğulayıb ki, bizim əsas məqsədimiz odur ki, 57 islam ölkəsinin hamısı Bakıda yarışda iştirak etsin, bu rekordu da vuraq: “Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ ki gələ bilmirlər, maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu oyunlara cəlb edək”.