İsrail Baş qərargah rəisi: “İran təhlükəsini məhv etmək əməliyyatları bütün sahələrdə və həmişə davam edəcək…”

06/10/21 4:11

“İran təhlükəsini aradan qaldırmağa yönəlmiş əməliyyatlar davam edəcək”.

Transqafqaz.com xəbər verir ki, bunu İsrail baş qərargah rəisi Aviv Koçavi deyib.

Koçavi hərbi kəşfiyyat sayəsində İsrail ordusunun İranda baş verənlər və Yaxın Şərqdəki mövqeləri haqda çox şey bildiyini söyləyib:

“İran təhlükəsini məhv etmək əməliyyatları bütün sahələrdə və həmişə davam edəcək. İranın nüvə proqramına qarşı əməliyyat planları inkişaf etdiriləcək və təkmilləşdiriləcək”.

Nüvə mövzusundakı gəlişmələrdən asılı olmayaraq təsiredici cavab verməyin bir vəzifə olduğunu deyən baş qərargah rəisi bütün kəşfiyyat xidmətlərinin də bu işdə ortaq olduğunu vurğulayıb. /Transqafqaz.com/