İsrail və HƏMAS arasında atəşkəs razılığı oldu

22/11/23 7:44

İsrail və HƏMAS arasındakı razılaşmanın təfərrüatları

Razılaşmaya görə, gündə 10-u (150 fələstinli məhbusun müqabilində) 50 israilli, qadın və uşaq azad edilməsini əhatə edir. Beləliklə, 5 gün ərzində Qəzza zolağında hərbi əməliyyatlar olmayacaq. Əgər, HƏMAS 5 gündən sonra əlavə bir israilli qrupunu azad etməyə hazır olsa, atəşkəs müddəti uzadıla bilər. Sövdələşmənin sadalanan təfərrüatları İsrail hökuməti mənbələri tərəfindən Dövlət Radiosuna verilib. Sövdələşmənin noyabrın 24-də başlayacağı gözlənilir.

Hər iki tərəf bu sənədi təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir