İsrail və Qəzza üçün sülhün üç şərti.

26/12/23 6:33

Netanyahu İsrail və Qəzza zolağı arasında sülh üçün üç şərtini səsləndirib.

Fələstin cəmiyyəti “deradikalizasiya” edilməli, Qəzza zolağı silahsızlaşdırılmalı və Fələstinin Həmas qrupu məhv edilməlidir; bunlar İsrail və “onun Fələstin qonşuları” arasında sülh üçün üç əsas şərtdir.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “Wall Street Journal” qəzetinə yazdığı məqalədə bildirib.

“Məktəblər uşaqlara həyatı ölümdən çox qiymətləndirməyi öyrətməli, imamlar isə yəhudilərin öldürülməsini təbliğ etməyi dayandırmalıdırlar. Fələstin vətəndaş cəmiyyəti elə dəyişdirilməlidir ki, xalqı terrorizmi maliyyələşdirməkdənsə, onu dəstəkləsin”, – Netanyahu təklif edib.

O, Almaniya və Yaponiyanın İkinci Dünya Müharibəsində məğlubiyyətdən sonra keçdikləri “deradikallaşma” təcrübəsini xatırladıb və bu ölkələrin indi Avrasiyada sülh və firavanlığa töhfə verdiyinə diqqət çəkib.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir