Yair Lapid İsrailin Manamadakı səfirliyinin açılışına qatılacaq
İsrailin xarici işlər naziri Yair Lapid ikitərəfli münasibətlərin normallaşdırılmasına dair saziş imzalandıqdan sonra ilk səfərində Bəhreynə gəldi.
İsrail Xarici İşlər Nazirliyindən bildirildiyi kimi, Lapid Manamaya gəldikdən sonra Bəhreynin Xarici İşlər Naziri Əbdüllətif bin Rəşid əz-Zeyani ilə görüşdü.
İsrailli nazirin gəldiyi təyyarədə iki ölkənin bayraqları və zeytun budaqları bəzədilib.
Bəhreyn ziyarəti zamanı İsrail diplomatiyasının rəhbəri Manamada İsrail səfirliyini açacaq, hökumətlərarası müqavilələrin imzalanması gözlənilir.
İsrail ilə Bəhreyn arasındakı münasibətlərin normallaşdırılmasına dair müqavilə 15 sentyabr 2020 -ci ildə Ağ Evdə imzalanmışdır.
Transqafqaz.com