İstanbul Hava Limanı dünyanın ilk on hava limanında ikincidir

09/09/21 4:38

Səyahət və İstirahət jurnalı Travel and Leisure sorğunun nəticələrini açıqlayıb

Türkiyənin ən böyük hava limanı olan “İstanbul” Hava Limanı, Travel and Leisure jurnalı tərəfindən dünyanın ən yaxşı 10 Beynəlxalq Hava Limanı sırasına daxil edildi.

Bu barədə IGA hava limanının idarə şirkətinin saytında deyilir.

Travel and Leisure tərəfindən hər il keçirilən “Dünyanın Ən Yaxşı Mükafatları 2021” sorğusunun nəticələrinə görə İstanbul Hava Limanı İncheon (Cənubi Koreya), Dubay, Həməd (Qətər), Tokio (Yaponiya), Hong Kong, Narita (Yaponiya), Sürix (İsveçrə), Osaka (Yaponiya) şəhərlərini 91.17 xal ilə qabaqlayaraq Sinqapur Changi Hava Limanından sonra ikinci oldu.

Sorğuda əlverişli yer, qeydiyyat, təhlükəsizlik, yemək bölgələri, alış-veriş və dizayn kimi hava limanının xüsusiyyətləri nəzərə alınır.