İstanbul – “Texnofest-2021” sərgisində PUA-lar üçün yeni mühərriklər təqdim olunub

24/09/21 11:07

İstanbulda keçirilən “Texnofest-2021” Aviasiya, Kosmos və Texnologiyalar festivalı bir sıra yeniliklərlə özündən əvvəlkilərlə müqayisədə cəlbediciliyini daha da artırıb.

Transqafqaz.com xəbər verir ki, ümumilikdə 450 min kvadratmetr sahəni əhatə edən festivalda bir sıra texnoloji yarışmalarla bərabər sərgilər də ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Aviasiya və Kosmos Sənayesi A.Ş. (TUSAŞ) tərəfindən pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün hazırlanan Türkiyənin ilk turbodizel aviasiya mühərriki də bu sərgidə nümayiş olunur.

TUSAŞ-ın sərgilədiyi PD170 mühərrikindən 5 kiloqram yüngül və 55 at gücü daha güclü olan yeni PD222ST mühərriki bir sıra cəhətləri ilə PUA-lar üçün daha sərfəlidir. Bildirilir ki, şirkət indiyədək 60-dan artıq PD170 mühərriki istehsal edib.