İstanbuldakı konsulluq Türkiyədə icazəsiz yaşayanları qəbul edəcək.

01/12/23 8:18

Türkiyədə icazəsiz yaşayan vətəndaşlarımız Azərbaycanın İstanbuldakı konsulluğu tərəfindən qəbul ediləcək.

Azərbaycan vətəndaşları sənədlərlə bağlı problemlərin həlli üçün dekabrın 9-dan 20-dək qəbula yazıla biləcəklər.

Onlar pasportların, vətəndaşlıq vəziyyəti aktlarının, doğum haqqında şəhadətnamələrin, nikah şəhadətnamələrinin verilməsi və digər konsulluq hərəkətləri üçün müraciət edə bilərlər.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir