İtkilərin siyahısı – yeniləndi…

28/09/21 9:56

Ermənistanın İstintaq Komitəsi 27 sentyabrda başlayan 44 günlük müharibədə verilən itkilərin yeni statistikasını açıqlayıb.

Transqafqaz.com  erməni KİV-lərinə istinadən xəbər verir ki, son məlumata görə, müharibədə 3781 nəfər erməni hərbçi ölüb, 253 nəfər itkin düşüb.

Bundan əlavə, Azərbaycan tərəfi 108 hərbçini Ermənistana geri qaytarıb.