Aİ diplomatiyasının rəhbəri Jozep Barrell Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra mətbuat konfransında bunları söyləyib :
🔹Ermənistanda istər daxili, istərsə də xaricdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı çox diqqətli olmalıyıq. Azərbaycana isə mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün istənilən pozulması yolverilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq.
🔹Avropa Şurası prezidentinin gördüyü işlərin bir hissəsi kimi Ermənistan və Azərbaycan arasında danışıqların bərpasına çağırırıq, çünki buna ehtiyacımız var. Sülh müqaviləsi bağlana bilər və biz vasitəçilik rolumuzu davam etdirməyə sadiqik
🔹Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım göstərmək imkanını və viza rejiminin liberallaşdırılması imkanlarını nəzərdən keçirir
🔹Biz Ermənistanın Azərbaycanla sərhədində missiyamızı gücləndiririk. Sərhədin həssas ərazilərində patrulların sayının artırılması ilə missiya genişləndiriləcək.
🔹Şura nazirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Aİ Şurasının Brüsseldə keçiriləcək növbəti iclasında iştirak etmək üçün dəvət etməyə razılaşıblar.
İspaniyalı siyasətçi, Katalon separatizminin qəti əleyhdarlarındandır. O, həm də İspaniya Sosialist Fəhlə partiyasının liderlərindəndir.