Dünən, dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin qarşısında “Media haqqında” yeni qanun layihəsinə etiraz məqsədiylə etiraz aksiyası keçirib.
Jurnalistlərin əsas tələbi layihənin Milli Məclisdən geri qaytarılması və müstəqil ekspertlərlə birlikdə yenidən hazırlanmasıdır.
Jurnalistlərin əsas şüarları bunlar olub: “Azad media susdurula bilməz”, “Sərhədli reportyor olmaq istəmirik”, “Jurnalistika cinayət deyil”.
Polis aksiyaya müdaxilə edib. Jurnalistlərin qaldırdığı şüarlar alınıb və aksiya iştirakçıları Milli Məclisin binası qarşısından sıxışdırılıb.
Qanun layihəsini dəstəkləyənlər onun media və jurnalistika sahəsində şəffaflığa, keyfiyyətli xəbər istehsalına, jurnalistlərin hüquqlarının effektli müdafiəsinə, media orqanlarının müxtəlif layihələrdən yararlana bilməsinə və son nəticədə, demokratik prinsiplərlə fəaliyyət göstərən milli medianın inkişafına və informasiya təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyini deyirlər.