Kəlbəcərə gedən Azərbaycan avtomobilini Qarabağ separatçıları rusməramlılarla birgə yoxlayır

03/02/22 12:21

Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini Qarabağ separatçısının yoxlaması etirazlara səbəb olub.

Alp.az xəbər verir ki, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən avtomobillərin növbəti yoxlamasının çəkilişi aparılıb. Avtomobilləri Rusiya sülhməramlıları yoxlayır. Lakin videoda etirazla qarşılanan görüntülər meydana çıxıb.

Belə ki, videoda Qarabağ separatçılarının nümayəndəsi Rusiya sülhməramlıları ilə birlikdə Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycan avtomobilini yoxladığı görünür.

Bu da haqlı narazılıq və suallar yaradıb. Azərbaycan maşınlarını yoxlayan bu separatçılar kimdir? KİV istifadəçiləri Azərbaycan torpaqlarında Azərbaycan maşınlarını niyə separatçı ermənilər yoxlayır sualı ilə müxtəlif şərhlər yazıblar.

P.S. Rusiya separatçı ordunu ləğv etməyi öhdəsinə götürsə də, bu sözləşmənin bir hərfinə də əməl etməyib və özünün «B» planına start verib. Hər kəs qondarma «arsax müdafiə ordusu»nun yaradan Rusiya, hazırda bu ordunun bütün təhcizatını etməklə yanaşı, onları polis adıyla yeni bir qurum halına salmağa start verib. Bu barədə geniş Araşdırma yazısını tezliklə təqdim edəcəyik…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir