Kərkükü uduzsaq Urmiyanı da uduza bilərik.Yasəmən Qaraqoyunludan Haray.foto.video..

28/03/20 9:13

Dünya əhalisinin əhəmiyyətli passionar hissəsinin yerləşdiyi orta şərq bölgəsinin mərkəzi ölkələri Türkiyə və Azərbaycandır. Orta Şərqin siyasi və demoqrafik cografiyası əsrin əvvəllərində Fars, erməni, indi isə Kürd kartından istifadə edilməklə dəyişdirilməkdədir. Fars, Erməni kartı, İngiltərə-Fransa-Rusiya dövlətləri tərəfindən Qacar və Osmanlı Türk imperatorluqlarının çöküşü üçün istifadə edilirdisə (bu məqsədə nail oldular da), Kürd kartı da yenə Türkiyə və Azərbaycan dövlətlərini, ərazilərini parçalamaq, zəiflətmək, türkləri bu bölgədən silmək məqsədilə istifadə edilir. Kürd siyasi kimliyinin şəkillənməsi və dinamik tutulması məqsədilə ABŞ,İngiltərə cütlüyü tərəfindən onlara milli missiya, hədəf verilmişdir. “Dogunu Türk zülmündən qurtarmaq !”. Bu, kürd ozanlarının, şairlərinin, siyasi kadrolarının kürd milləti qarşısında daim söylədikləri şüardır. Kürd siyasi kimliyi, kürd millət quruculugu bu missyonla formalaşdırılmaqdadır. İran dillər qrupuna məxsus kürd xalqı Arya irqçiliyinin yeni formada, yeni keyfiyyətdə qabarmasıdır. Hind-Avropa dil ailəsinə məxsus qohum xalqlar, Farslar, Kürdlər, Ermənilər orta Doguda Türk cografiyasında İran, Ermənistan,Kürdüstan qurmaqla Türkləri bu cografiyadan silməyi hədəf alır və bu xalqlar siyasətin dərin qatlarında strateji müttəfiqdirlər. Məqsəd birliyi və etnik qohumluq ideyaları onları Strateji müttəfiqlərə çevirməkdədir.

Kerkük'de sokağa çıkma yasağı ilan edildi
Kürd təşkilatları olan PDK və PJAK-a məxsus “grilaypjak.blogfa.com” və “Pyam.nu” internet saytlarında yazılır: Bilin ki,İraqdakı Türkmanlara məxsus Mosul,Ərbil,Süleymaniyyə və Kərkük şəhərlərini necə İraq Kürdüstanı Milli Muxtariyyətinin tərkibinə qatmışıqsa,Güney Azərbaycan torpaqlarının da yarısı “İran Kürdüstanı”projesinin tərkib hissəsinə çevriləcəkdir.Oradakı türklər bu şəhərləri “bizim məkanlar” adlandırsalar da,hamısını geri alacagıq.Güney Azərbaycan adlanan cografi ərazidə işgal altında olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz türklər ala bilməyəcəksiniz.Buna gücünü yetməz.Azərbaycan dlanan bu torpaqlar əslində Kürdüstandır.Sizlər isə Səlcuq türkləri ilə birlikdə Orta Asiyadan gələrk bu torpaqlarda məskunlaşmış köçərilərin törəmələrisiniz”.
ABŞ-İngiltərə-izrailin dəstəyilə qurulmuş “Quzey İraq Kürdüstan Milli Muxtariyyəti” hökümətinin başçısı,Kürdüstan Yurdsevərlər Partiyasının lideri Mustafa Bərzani (Yəhudi kürdüdür) KürdTV kanalında çıxışında deyir: “Bizim strateji hədəfimizin qarşısında sədd çəkərək durmuş Türkməneli(İraq Türkman vilayəti),Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlnan bölgələr köçərilərin işgalında əsrlərdən bəri inləyən torpaqların əsl sahibi olan kürdlərə qovuşmasına lap az qalıb. Kərkük, Urmu,maraga,Təbriz kürd xalqının qəlbidir.Onları kimsəyə verməyəcəyik”. Kürdlərin “Puk-Media”İnformasiya Agentliyinin açıqlamasında deyilir: “Böyük Kürdüstanın reallaşmasını və onu tezləşdirməyə can atan kürdlərin Rəzən, Bahar, Kövrəng,Həmədan, əsədabad və məlayir şəhərlərinə böyük köç dalgaları başlamışdır”.Bu şəhərlər hamısı Güney azərbaycanın şəhərləridir. “Kürdüstana Qayıdış Hərəkatı” Kürdlərə müraciətində deyir: “Güney Azərbaycan, Kərkük,Ərbil, Mosul, Kifri, Xanəgin, Təlafər və Adanadan tutmuş, Naxçıvan da daxil olmaqla hər yer kürdüstandır”. Kürd təşkilatlarının strateji planı belədir . “Qarabag Erməni qardaşlarımızın torpaqlarından, Ərdahandan Türkiyə) tutmuş Qəzvinə(Güney Azərbaycan),Mosuldan (İraq türkmanları ərazisi),Naxçıvan və Kəlbəcərədək (Quzey Azərbaycan) bizim torpaqlardır”. Sazemane Defa Hüquqe Bəşər Dər Kordestan təşkilatının bəyanatında deyilir: “Sulduz bölgəsi Ələvi qızılbaşlarının qədim torpaqlarıdır və onlar etnik mənşə baxımından kürd olmuşlar.Sulduz, urmu, Maku, Xoy, Səlmas, Sayınqala, Qoşaçay, Bicar, Görvə və digər bölgələr ən qədim kürd torpaqlarıdır”. Quzey İraq dakı Mustafa Bərzani höküməti strateji siyasətini belə açıqlayır. “Türkiyə və Güney Azərbaycan arasında kürdlər məskunlaşaraq bufer rolu oynamalıdırlar”. İran Parlamentində Millət Vəkili Bəhaəddin Ədəb, Xədicə Mənsuri, Türkiyədə Sırrı Sürəyya Urmu şəhərinin kürdlərə məxsus oldugunu açıqlamışlar. Quzey İraq Kürd Hökümətinin buraxdıgı “dırav” adlanan kagız əskinaslarda isə “Kürdüstan” xəritəsi çəkilib. Xəritədə Güney Azərbaycanın və Türkiyənin bir çox əraziləri və Naxçıvan əks olunub. Beləliklə Kürd Problemi yaradılmış və Gələcəyimiz təhlükə altındadır.

Ankara Anlaşması Musul ve Kerkük 1926 - YouTube
Kürd kartındn aktiv istifadə edən dövlətlərsə ABŞ və İzraildir. “Türkiyə Kürdüstanı”, “İraq Kürdüstanı”, “İran Kürdüstanı”, “Azərbaycan Kürdüstanı”,.. “Vahid Kürdüstan” İzrailin dövlət kimi yaşamasının və təhlükəsizliyinin qarantıdır.
: Kərkük bölgəsində gedən siyasəti anlamaq üçün son 300 ildir bu cografiyadda həyata keçirilən Qərbin müstəmləkəçilik siyasətini təhlil etmək lazımdır. Biz onu deyə bilərik ki, hal-hazırda Yaxın və Orta Şərq cografiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər,ulus dövlətləri quran Türklərin hakim olduqları ərazilər yenidən bölünməkdə ,Türk cografiyasının daralması prosesi davam etməkdədir. XVIII əsrdən etibarən bu proses üç mərhələli aparılmaqdadır.
1.İmperatorluqların (Osmanlı,Qacar,Babur)dagıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türklərin hakimiyyətdən gedilməsi və ikinci qurup azınlıq halına salınması.Hind-Avropa qrupuna məxsus xalqların türk cografiyalarında dövlətlərinin qurulması(Fars,Erməni,Kürd).
2.Türk Ulus Dövlətlərinin dagıdılması.
3.Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma ugradılması ilə torpaqlarının mənimsənilməsi ( Ermənistan ,Əfqanıstan,Suriya,İraq,İran,Çin,Rusiya).
Əsrin əvvəllərində erməni,fars, indi isə kürd faktoru ilə Türklərin Yaxın və Orta Dogu cografiyasından silinməsi prosesi XVIII əsrdə Avropada formalaşmış “Hind-Avropa irqinə məxsus xalqların dünya liderliyi –Ariya irqçiliyi ”, Pyotrun “Vəsiyyətnaməsi”, Yekatrinanın “Şərq Layihəsi”, Rusiya və ingiltərənin “Böyük Oyun” siyasəti doktrinləri ilə həyata keçirilirdisə, indi ABŞ-Avropa Birliyi rəhbərliyi ilə “Böyük Orta Dogu “ projesi adı altında həyata keçirilir.(Əfqanıstan, Suriya, Ermənistan, İran, Iraq).
Yaxın və Orta Şərq cografiyalarının bölünməsində XX əsrin əvvəllərinddə İngiltərə-Fransa-Rusiya baş rol oynayaraq, min illərdir bu cografiyaya hakim olan türklərin buradan silinib atılması üçün erməni,aysor(assurr),serb,ərəb,fars xalqlarını türklər əleyhinə istifadə edirdilər. Bu cografiyadakı siyasi xəritələr İngilltərə-Rusiya arasında gedən “Böyük Oyun” adlı siyasi rəqabət əsasında İngilis Rus nüfuz dairələrinə uygun cızılmışdı. XXI əsrdə isə bu cografiya ABŞ –İzrail və Avropa birliyinin maraqları əsasında yenidən bölünərək paylaşılmaqdadır. Yeni siyassi oyunların əsas aktoru isə Kürdlərdir. Bu dəfə Ermənilərlə bərabər Kürdlərdən istifadə edilməkdədir. İraq, Suriya, Livan, Türkiyə, İran, Azərbaycan dövlətlərini təhdid altında saxlayan kürd faktoru bizi, Türkiyə və Azərbaycanı yeni siyassi doktrin və paradiqmalar yaratmaq zərurəti qarşısında qoyur. Kürdlərin Kərkük bölgəsində Dövlət qurma cəhdləri Azərbaycanın maraqlarına ziddir.Çünki bu bölgə qədim Azərbaycan tarix və mədəniyyətinin yarandıgı bir bölgədir.
İqlim və cografiyası etibarı ilə Anadolunun, dil və Kültür yapısı etibarilə Azərbaycanın davamı olan Bu günkü İraqın Bagdad, Samarra, Mosul, Sincar, Kərkük, Ərbil, Telafar, Köysancaq, Altınkörpü, Tuzhurmatu kimi bölgələri 1055-ci ildən günümüzə qədər Türk kültür və ənənələri ilə yogrulmuş bir türk mərkəzidir. Türk memarlıq və sənət abidələri ilə bəzənmiş bu bölgələr Türk –İslam sivilizasiyasının elm,mədəniyyət mərkəzləri olmuşdur.
İndiki İraqın Bagdad, Kerkük, Mosul, Süleymaniyyə, Ərbil, Sincar,Telafar, Altunkörpü, Köysancaq, Tuzhurmatu bölgələri qədimdən bəri Azərbaycanın siyasi cografiyasının tərkib hissəsi olmuş,tarix boyu Azərbaycan kültür arealına daxil olmuşdur. Kərkük türkmanlarının vətəni Bagdad, Kərkük, Ərbil ,Süleymaniyyə, Mosul qədimdən bəri Azərbaycan türklərinin vətənidir.Burda Urmiya bölgəsi də daxil olmaqla Tunc dövründən etibarən Subartu, Şumer, Mitanii, Aratta, Kutium dövlətləri qurulmuşdur. Tarixçı, dilçi ,Etnoqraf, Ədəbiyyat alimləri arxeoloji və linqvistik dəlillərlə coxdan sübut etmişlər ki, İraqda İkiçayarası mədəniyyətinin ilk qurucuları olan Subartular və Şumerlər türkdür və Azərbaycandan bu cografiyaya köçərək Dünya mədəniyyətinin əsaslarını yaratmışlar.Məsələni geniş şərh etmək istəsək onu deyə bilərik ki, bir çox tədqiqatçıların fikrincə Azərbaycan siyasi cografiyası e.ə.IV əsrdən etibarən formalaşmışdır. Bundan öncəki tarixlərdə isə İkiçayarası(İraq), İndiki İran cografiyası(Elam,Midiya),Qafqaz və Anadolu bölgələri e.ə.IV-II minilliklərdə iltisaqi dilli xalqların məskəni olmuş, burda vahid sosio- kültürəl və etno-linqvistik xüsusiyyətlərə malik sivilizasiya mövcud olmuşdur.Bu sivilizasiyanın təmsilçiləri Subartu, Şumer, Aratta, Mitanii, Kuti, Elam, Hetit, Urartu, Manna, Midiya, Etrusk,Troya və s.dövlətlər olmuşdur.Bu dövlətləri quran xalqlar sosio-kültürəl xüsusiyyətlərinə və dillərinə görə Turanlı adlandırılmışlar. E.ə.III minilliyin ikinci yarisindan etibarən II minillik boyu Sami kökənli xalqlar Ərəbistan yarımadasından köçərək İndiki İraq( İkiçayarası) və Aralıq dənizi sahillərində yerləşərək Akkad, Babil, Assuriya, Finikiya-Uqarit(Suriya və Livan) dövlətlərini və mədəniiyyətlərini qurmuşlar.Beləliklə qədim Ön Asiya bölgəsinin etno-demoqrafik yapısı dəyişmiş,Turanlı iltisaqi dilli xalqlarla sami kökənli xalqlar yanaşı yaşamaga başlamışlar. E.ə.I minilliyin başlarında (IX əsr) Hind Avropa dil qrupuna məxsus Hind-İran dilli xalqlar (Farslar) bu bölgəyə köçərək Elam dövlətinin Anşan bölgəsində yerləşmiş, sonradan Elamı işgal edən Midiya dövlətinin tabeliyində yaşayaraq əyalət bəyliyi qurmuşlar və Midiyada dövlət çevrilişi edərək Fars Əhəməni dövlətlərini qurmuşlar. Beləliklə də Yaxın Şərq və Orta Şərq bölgəsində etno-demoqrafik şəkillənmə Turanlı(Türk),Sami, Hind-Avropalı-Fars xalqlarının iştirakı ilə olmuşdur.Bütün bu dəyişikliklər Azərbaycan Kültür arealına daxil olan Bagdad, Kərkük, Mosul, Ərbil, Süleymaniyyə, Diyala bölgələrinin kültür yapısına təsir etmiş lakin onun qədim Turanlı(Subartu-Şumer-Aratta) köklərini dəyişdirə bilməmişdir və bu proses İsgəndərin işgallarından sonara bu bölgədə qurulmuş Selevki, Parfiya, Sasanlı dövründə də davam edərək , Ərəb İslam xəlifəliyi dövrünə qədər davam etmişdir. İndiki İraq cografiyasında qədim Azərbaycan – Turan mədəniyyətini İslam Xilafəti dövründə İraq torpaqlarında yerləşən türkmanlar dövr almışlar.
Türkmanların İraq torpaqlarında yerləşmələri hicri 54 –cü ildə Əmevi hökmdarlarından Übeydullah bin Ziyadın Bəsrəyə 2000 Türk gətirməsiylə gerçəkləşmişdir.1055-ci ildə böyük Səlcuqlu Xaqanı Sultan Togrulun İraqa girməsi və 15.12.1055-ci ildə Bagdadda İslam xəlifəsinin Sultan Togrul adına xütbə oxuması ilə ölkə Türk hakimiyyəti altına keçmiş, bu proses 1918-ci ilə qədər davam etmişdir.Beləliklə İraq 900 il Türk hakimiyyəti altında olmuşdur. Iraq Türklərinə “Türkmən” deyilməsi də Səlcuqlular zamanından başlamışdır.”Türkmən” deyimi Türkdən ayrı bir soyu bildirmir, İslamın türklər arasında ilk yayıldıgı dövrlərdə yaranmış,Hələ islamın bütün türklər arasında yayılmadıgı dönəmlərdə Türklər arasında Oguzların İslamı qəbul etmiş hissəsinə Türkmən deyilmişdir. Selcuqlu imperatorlugunun yıxılmasından sonra Erbildə Zeyneddin Kiçikogullar(1144-1233), Mosulda Atabeyler, Kərkükdə Qıpçaqogulları adlanan türk bəylikləri qurulmuşdur. Ərbil burda hökm sürən Müzəffərəddin Gökbörü zamanında 1190-cı ildən 1233-cü ilə qədər 43 il Türk –İslam mədəniyyətinin qızıl çagını yaşamışdır. Iraq türkmanları bölgəsində 1514-cü ilə qədər müxtəlif türk xanədanları hökmranlıq etmişdir.Osmanlı Sultanı Yavuz Sultan Selim 16.9.1514-cü il Təbriz səfərindən sonra 1515-ci ildə Quzey İraqı fəth edərək Osmanlı İmperatorluguna qatmışdır.Təxminən 19 il sonra 1534-cü ildə Qanuni Sultan Süleyman Bagdad şəhərinə girərək Səfəvi hakimiyyətinə son vermişdir.Beləcə bütün İraq ərazisi Osmanlı imperatorlugunun bir əyalətinə çevrilmişdir. 1732, 1734 –cü illərdə Nadir Şah Avşar Kərkükü Osmanlılardan alaraq yenidən Avşar xanədanlıgının rəhbərlik etdiyi Səfəvi imperatorluguna qatmışdır.Lakin Kerkük bölgəsi 1746-cı ildə Osmanlı-Nadir şah arasında baglanan razılaşmaya əsasən təkrar Osmanı imperatorluguna qaytarılmış və 1914-cü ildə başlayan Ibirinci dünya müharibəsinə qədər Osmanlı hakimiyyəti altında qalmışdır. İstər Səfəvi, istərsə Osmanlı imperatorluqlarının hakimiyyəti dövründə İraq türkmənlərinin mövqeyi etnik-demoqrafik-kültürəl baxımdan daha da güclənmişdir. 1917-ci il martın 12-də Bagdad İngilislər tərəfindən işgal olunmuş,İngilislərin dəstəyi ilə Məkkə Şərifi Hüseyin Osmanlılara üsyan etmiş ve bu üsyan nəticəsində İraqın orta və güney hissəsi İngiltərə, İraqın Mosul bölgəsi və Suriya torpaqları da Fransa müstəmləkəsinə çevrilmişdir.
30 oktyabr 1918-ci ildə imzalanmış Mondoros müqaviləsindən 3 gün sonra İngilis Genaralı Osmanlının 6-cı ordu komutanı Əli Ehsan paşadan bölgənin İngilislərə təslim edilməsini tələb etmiş,8 noyabrda Mosuldan İngilis bayragı asılmışdır. 10 0ktyabr 1922-ci ildə İngilis-İraq andlaşması ilə İraq- bu qədim türk torpagı İngiltətrənin himayəsi altına girərək əslində İngiltərə müstəmləkəsinə çevrilmiş, bu müstəmləkə aktı 1923-ci ildə Lozann müqaviləsi ilə bir daha təsdiq olunmuş,1926-cı ildə Ankarada, İngiltərə, İraq, Türkiyə arasında “Sərhəd və yaxşı qonşuluq Əlaqələri Müqaviləsi” imzalanmışdır. Hər iki müqavilədə İraq Türklərinin taleyi diqqətə alınmamış, İraq türklərinin hüquqi statusu müəyyənləşməmişdir.14.12.1927-ci ildə Kral Faysalın öndərliyi ilə İraq istiqlalını elan etmiş, İngiltərə bu istiqlalı tanımışdır.Kral Faysalın öndərliyi ilə kraliyyət dövrü 1958-ci ilə qədər davam etmiş, general Əbdülkərim Qasımın üsyanı ilə krallıq devrilmiş İraqda cümhuriyyət qurulmuşdur.1963-cü ildə Əbdülsəlam Məhəmməd Arif ilə qardaşı Əbdürrəhman M.Arifin beş il sürən iqtidarlarından sonra,1968-ci ildə Sosyalist Ərəb Baas Partiyası general Əhməd Həsən Əl-Bəkir rəhbərliyi ilə hakimiyyəti ələ keçirmiş, 1979-cu ildə Seddam Hüseyn hakimiyyəti ələ alaraq Əl-Bəkirin yerinə keçmişdir.1980-88-ci illərdə İran İraq savaşı zamanı Seddam Hüseyn İraq türkmanlarını müharibənin ön cəbhəsinə irəli verməklə türkman qırgınlarının əsasını qoymuşdur.Xatırladırıq ki,eyni siyasəti İran islam Cümhuriyyetinin baş komandanı Ayətullah Xomeyni də həyata keçirmiş Azərbaycan türklərindən ibarət “Aşura diviziyası” təşkil edərək onları müharibənin ön seflərinə ölümə göndərmişdir. İran- İraq müharibəsində şəhid olan 6 milyon İran vətəndaşının yarıdan coxu və İraq vətəndaşının yarıdan coxu türklər olmuş, beləcə Azərbaycan türklüyü onların tarixinə, mədəniyyətinə, vətəninə aid olmayan proseslərin qurbanına çevrilmişlər.İraq-iran müharibəsi 1988-ci ildə bitdikdən sonra Səddam Hüseyn 1990-cı ildə Küveyti işgal etməklə Körfəz Krizinin yaranmasına səbəb olmuş, 1991-ci ildə ABŞ və müttəfiqləri İraqa müharibə elan edərək, Küveyti İraqın əlindən almışdır. Bütün bu siyasi hadisələr iraq türkmanlarının siyasi, iqtisadi və demoqrafik həyatına mənfi təsir göstərmiş, bölgənin inkişafına mane olmuşdur. Necə ki, İranda türklərin statistik sayı Pəhləvi və İslam rejimi tərəfinən saxtalaşdırılaraq azlıq kimi göstərilir, eləcə də İraqda türkmanların sayı hökümətlər tərəfindən saxtalaşdırılmışdır.Bu günə qədər İraqda beş dəfə əhalinin siyahıya alınması keçirilmişdir.1947-ci il siyahıya alınmasında 286.005 (əhalinin 5.9 %), 1957-ci ildə 388.939 (əhaalinin 6%), 1965-ci ildə 473.626(əhalinin 5.8%), 1977-ci ildə 495.425(Əhalinin 4%), 1981-ci ildə 567.057(Əhalinin 4.15%), göstərilmişdir. 1981 -ci il siyahıa alınmasına əsasən Mosul- 1.227.215, Selahəddin-402.067, Kerkük-567.957, Diyala-637.778, Ərbil-632.252 kimi türkmən şəhəhərlərində əhalinin ümumi sayı 3.467.269 nəfər olmuşdur..İraqın ümumi əhalisi isə 13.669.689 nəfər olmuşdur. 1987-ci ildə isə əsas əhalinin 16 milyon oldugu göstərilmiş iraqda türklərin sayı ümumi əhalinin 2 % kimi göstərilmişdir.İraq iqtidarları Türk əhalinin sayını saxtalaşdırsa belə Kərkük,Ərbil, Mosul vilayətləri, Səlahəddin və Diyalanın rayon və kəndləri ilə Bagdadda yaşayan 300.000 Türkmən əhalinin ümumi sayı, İraq türklərinin 2 milyondan cox oldugu qənaətini dogurur.Bu iddianı statistik hesabla dogrulamaq mümkünddür.1957-ci ildə İraqda 500.000 türkmənin yaşadıgı bildirilmiş, 1959-cu ildə 567.000 oldugu göstərilmişdir.İraqda illik əhali artımının sürəti 3.296% göstərilir.1959-cu il hesablamasını əsas alsaq 1994-cü ildə iraq türklərinin sayı 1.764.029 olur.Bununla bərabər onu da deməyilik ki,iraqda Türklər yaşayan bölgələrdə ərəblərin və kürdlərin xeyrinə demoqrafik disbalans yaradılmış, bu bölgəyə köçürülən kürd ərəb miqrantları vasitəsilə bölgənin etnik tərkibi dəyişdirilmiş,türklər öz topaqlarında azınlıq durumuna düşmüşdür. Məsələn, 1960—cı ildə Kərkük əhalisinin 95% türk olmuşdur.Ərəbləşdirmə siyasəti ilə buraya on minlərlə ərəb və kürd ailələri köçürülmüş, 1980-ci ildə 95%-lik türk əhalisinin sayı 75% düşmüşdür. Tarix boyu İraqın şimal və mərkəzi bölgələri türk bölgələri olmuşdur.

Böyük Azərbaycan Futbol Komandası Tiraxtur Sazi 🇦🇿🇦🇿 - YouTubeTürklər burda Azərbaycan və Anadoluya baglı böyük mədəniyyətin təməllərini atmışlar.Lakin,
Iraq türklərinin yerləşdiyi ərazilərdə rəsmi iraq hökümətləri tərəfindən yeridilən inzibati-ərazi siysəti türk torpaqlarının əllərindən alınmasına , türklərin demoqrafik balansının pozulmasına və assimilyasiya olunmasına zəmin hazırlamışdır. Məsələn Kərkükün ərazisi 1977-ci ildə 19.543 km olmuşdusa ,sonradan 9.426 km düşürülmüşdür. 1957-ci ildən etibarən türklərin yerləşdiyi vilayətlər-Mosul (Mosul vilyətinə 9 mahal,26 rayon,2153 kənd daxil idi), Ərbil (Ərbil vilayətinə 6 mahal,15 rayon,1151 kənd daxil idi), Kərkük (Kərkük vilayətinə 4 mahal,14 rayon,1274 kənd daxil idi), Diyala (Diiyala vilayətinə 5 mahal, 13 rayon və 718 kənd daxil idi) vilayətləri sistemli şəkildə türklərdən təmizlənməyə başlamış, ərəb , kürd köçkünləri bu ərazilərdə yerləşməyə başlamışlar. Bölgədə kürdləşdirmə elə sürətlə aparılmışdır ki, nəticədə kürd silahlı qruplaşmaları indi türk torpaqları üzərində kürd dövləti qurmaga çalışır.Sual olunur, Bu bölgə Türklərlə məskunlaşdıgı halda, türk torpagı oldugu halda niyə burda türk dövləti yox, kürd dövləti qurulur. Məsələ aydındır,çünki ABŞ və Qərb belə istəyir.Çünki son yüz ildir türk azınlıqlarını və bölgələrini qoruya biləcək türk dövləti və türk ordusu,türk siyasəti, türk maraqları yoxdur. Çünki türk dövlətləri Qərbin və Rusiyanın periferiyalarına çevrilmişlər və türk millətinin gələcəyi ilə baglı müstqil siyasi iradə qoya bilmirlər.Və beləliklə son yüzildə türklər Əfqanıstanda, İraqda, Qərbi Azərbaycanda(Ermənistanda), Suriyada, Çində, İranda, Rusiyada assimilyasiya, etnik təmizləmə və soyqırıma məruz qalmışlar. İraq türk bölgələri necə kürdləşib kürd dövlətinə çevrildisə, eyni ilə həmin ssenari XX əsrin əvvəllərində İrəvan xanlıgında , Qərbi Azərbaycanda həyata keçirildi. Qərb və Rusiya dövlətinin dəstəyi ilə bölgədə türk etnik təmizləmə və soyqırım siyasəti həyata keçirildi, bölgə erməniləşdirildi və nəticədə Ermənistan dövləti quruldu.

https://www.youtube.com/watch?v=scwvaUknvekhttps://

Bilindiyi kimi İraq, xüsusilə də Kərkük-Mosul bölgəsi böyük neft yataqlarına sahibdir.İraqın neft ehtiyatının ən çox oldugu bölgə şimalda Kərkük,cənubda Bəsrə və mərkəzdə Bagdat ətrafında türk bölgəsi olan Diyalanın Xanəkan rayonudur.
İraq iqtisadiyyatının dayandıgı ən önəmli qaynaqlardan biri neftdir.İraqın neftdən gələn gəlirləri ümumi gəlirlərinin 87%-ni təşkil etməkdədir.İraqın neft ehtiyatının bəzi qaynaqlarda 100 milyard, bəzilərində isə 200 milyard varil oldugu haqqında məlumatlar vardır. “The Middle East and North Afrika-1992” adlı illik hesabat bülleteninde İraqın 90-cı ildən bəri neft istehsal edən 36 dünya ölkəsi arasında 7-ci yeri tutdugu qeyd edilmişdir. Bu hesabata görə İraq dünyada istehsal edilən xam neftin 3.09 %-ni istehsal etməkdədir. İraq neftinin 75.50% kerkükdən, 22.74% Bəsrədən, 1.76% Mosuldan istehsal edillməkdədir ki,bu da İraqın ümumi istehsalının 77.26% təşkil etməkdədir. Bu türk bölgələrində təbii qaz yataqlarının oldugu,Kərkükdə böyük miqdarda kükürdün oldugu haqqında da məlumatlar vardır. İraqın bir neçə yerə parçalanması, türk bölgəsində Kürd Muxtariyyətinin qurulması, İŞİD təşkilatının hərbi savaşlarının əsl səbəbləri bu neft rezervlərinə sahiblənmək ugrunda savaşların təzahürləridir. Türkiyə kürd faktoru ilə zəiflədilərək bu neft bölgəsi ugrunda gedən gərgin qlobal mübarizələrdən təcrid edilmiş, bölgənin kürdləşdirilməsinə və Kürd dövlətinin qurulmasına nəzarət etmək imkanlarından məhrum edilmiş, Kərkük türklərini belə müdafiə etməkdən aciz qalmışdır. Kərkük türklərinin bölgədə yaşaması,türk muxtarlıgının qurulması bu neft rezervlərinə malik bölgənin Türkiyə və ya türk nəzarətinə keçməsi Türkiyənin güclənməsi demək olardı və bu Qərb ölkələri tərəfindən yolverilməzdir.
Nə etməli.
1. Lakin bütün bunlara baxmayaraq Türkiyə və Azərbaycan Kərkük türkləri ilə baglı birgə strateji siyasətə malik olmalı, vahid siyasi mövqe nümayiş etdirməlidirlər.
2. Türkiyə və Azərbaycan birləşmiş ordusu iraq Türkmən bölgəsinə girərək Türklərin təhlükəsizliyini,Ərazilərinin bülünməzliyini təmin etməlidir.
3. Eyni zamanda bu ölkələrin mediyası Türkmən bölgəsinin müdafiəsinə qalxmalıdır. Türk maraqlarının müdafiəsini təşkil edən informasiya siyasəti qurulmalıdır.Çox təəssüflər ki, mediya şirkətləri Türkiyə və Azərbaycanda milli maraqların müdafiəçisi yox, daha çox Qərb və ABŞ maraqlarının müdafiəçiləri oldugundan, daha çox Qerb merkəzlərinə baglı olduqlarından Kerkük türklərinin taleyinə biganəlik nümayiş etdirirlər. “ABŞ-Qərb-izrail nə edirsə deməli bu düzdür” təfəkkürü Qərb köləsi medyanı bu cografiyalarda yaşanan felaket və qətliamlara biganələşdirmişdir.
4. Türkmən gəncləri Universitetlərdə pulsuz təhsil almalıdır.
5. Türkmən partiyaları, Siyasi təşkilatları,qadın təşkilatları,QHT-ləri,İnsan Haqlarını Müdafiə təşkilatları,Millət vəkilləri,Aydınları,elmi və Kültür mərkəzləri ilə sıx iş birliyi qurulmalı,Türkmənlərlə Türkiyə və Azərbaycan sıx inteqrasiya olmalıdırlar.
6. İraqın bölünməsinə,Türkmən bölgəsində Kürd dövlətinin qurulmasına yol verilməməlidir
7. Türkmənlərin İraq ərazi bütünlüyü içərisində Muxtariyyət istəyi dətəklənməlidir.
8. Bütün bunların müqabilində əgər İraq siyaasi istiqlalını və bütünlüyünü qoruya bilməsə İraq türkmənlərinin torpaqları İraq türkmanlarının öz istəyi ilə Azərbaycanın qəyyumluguna keçməlidir və Azərbaycan bu yönümdə fəaliyyətin alt yapısını hazırlamalı, təbligat-təşviqat işləri həyata keçirilməlidir.
8.Türkiyə və Azərbaycan yaxın şərqdə,İraqda öz gələcək təhlükəsizliyi,strateji maraqları istiqamətində fəal siyasi mövqe nümayiş etdirməlidir. Kərkük bölgəsi Türkiyə və Azərbaycanın dövlət təhlükəsizliyinin açarıdır. Əgər İraq türkləri etnik təmiizləmə və soyqırıma ugradılmaqla bölgədən silinəcəksə bu kürdlərin İraqda güclənməsinə,Güney Azərbaycanın Urmiya bölgəsini də nəzarətə götürməsinə və bütövlükdə Qərbi Azərbaycanın kürdləşdirilməsinə səbəb olacaqdır. Beləliklə də Türkiyəni Güney Azərbaycanla baglayan Urmu bölgəsində tampon kürd bölgəsi yaranacaq və Güney Azərbaycanla Türkiyə bir-birindən təcrid ediləcək. Bu Anadolu və Azərbaycan arasında bagların həmişəlik qopmasına,türk dünyasının gələcəyinə cox böyük zərbə olacaqdır.Qeyd etməliyəm ki,Kürdlər təkcə Kərkük ərazilərinə deyil, Günüy Azərbaycanın Qərbi Azərbaycan ostanlıgı ərazilərinə də iddia etməkdədirlər.Bunu da qeyd etməliyəm ki, 1943-cü ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər tarixi Azərbaycan torpaqlarında-Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır. Bu Azərbaycan türklüyünün XX əsrdəki ən böyük məglubiyyətidir.İrəvan xanlıgı,Qarabag Ermənilər tərəfindən,Güney Azərbaycanın Maraga, Sınıqqala, Həmədan, Sənəndəc bölgələri kürdlər tərəfindən mənimsənilmişdir. Bununla bərabər Kürdlər Qərbi Azərbaycanın Urmiya ,Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və Tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar.Türkiyə və Azərbaycan isə bu proseslərə müdaxilə etmək,özünü müdafiə etmək imkanından məhrum edilmişdir. Kərkük bölgəsində Kürdüstan dövlətinin qurulması,Urmu bölgəsinin və Naxçıvanın da kürdləşdirilməsi projesi istiqlal ugrunda mübarizə aparan Güney Azərbaycanın gələcəkdə Kürdüstan –Ermənistan arasında sıxışdırılmasına və Quzey azərbaycandan,Türkiyədən təcrid olunmasına gətirib cıxaracaqdır.Beləliklə də Bütöv Azərbaycan ideyası fiaskoya ugrayacaqdır yəni Quzey Azərbaycanla Güney Azərbaycan arasında ərazi, torpaq birliyinin mövcudluguna zərbə vurulacaq hər iki Azərbaycan “Kürdüstan”, “Ermənistan” təhdidi altında qalacaqdır. Qeyd edim ki, İran rejiminin Urmu gölünün qurudulması və Azərbaycan türklərinin bu ərazilərdən köçürülməsi planı da Anadolu və Azərbaycan arasında cografi,etnik,Kültür baglarının qoparılması siyasətinə xidmət etməkdədir.

Yasəmən Qaraqoyunlu