Kabildən çıxarılan azərbaycanlı sülhməramlılar Bakıya qayıtdı

28/08/21 10:01

Azərbaycan sülhməramlıları türk qüvvələri ilə birlikdə Əfqanıstandakı vəzifələri uğurla yerinə yetirdilər

120 nəfərdən ibarət Azərbaycan sülhməramlı kontingenti Kabul beynəlxalq hava limanında rəsmi vəzifələrini yerinə yetirərək avqustun 27-də Kabil-Ankara-Bakı marşrutu ilə vətənə qayıtdı.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sülhməramlılar paytaxtda hərbi orkestrlə qarşılanıb.

Mərasimdə Müdafiə Nazirliyinin zabitləri, hərbçilərin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan sülhməramlıları türk qüvvələri ilə birlikdə Əfqanıstanda verilən tapşırıqları uğurla yerinə yetiriblər.

Transqafqaz.com