Kanalizasiya çəkməyə ayrılan vəsaiti yeyənlər, Koronovirusdan daha təhlükəlidirlər…

12/04/20 8:31

 

KANALİZASİYA ÇƏKİLİŞİNƏ AYRILMIŞ PULU YEYƏNLƏR KORONAVİRUS EPİDEMİYASINDAN DA TƏHLÜKƏLİDİRLƏR…
Bütün rayonlarda İcra strukturları dezinfeksiya işləri, aztəminatlı ailələrə yardım adı ilə zəlzələdən-vəlvələdən, pis-yaxşı nələrisə edirlər. Hətta rayonlarda, kəndlərdə traktorla da olsa dezinfeksiya işləri aparılır, Koronavirus pandemiyasının mümkün təhlükəsini nəzərə alıb proflaktik tədbirlər görürlər və narahatlığı azaldırlar. Amma Bakının qulağının dibində, Sabunçu rayonunda nə işlər görülür? Zabrat qəsəbəsində hansı tədbirlər həyata keçirilib? Cərimə yazmaq, insanları evlərinə doldurub, başını çölə çıxardanı çərimələmək proflaktik tədbirinizdirmi? Millətlə dövlət əl-ələ verərsə bu pandemiyanın nəticələrini aradan qaldırmaq mümkün olar. Baxmayaraq ki insanlardan qayda -qanun tələb etmək gələndə, cərimə yazmaq, ev dağıtmaq, sökmək gələndə bu struktar o qədər operativ işləyir ki məəttəl qalırsan. Amma xalqa xidmət gələndə canlarına dərd dolur bunların. Təbii ki, bəzi istisnaları çıxmaq şərtilə. Məsələn insafsızlıq olar ki, xaricdə olan diaspora və səfirliklərin az da olsa gördüyü işləri deməyəsən. Amma heç Sabunçu rayonunun icra strukturlarının nəsə etdiyini eşitmisinizmi?, Bəlkə görmüsünüz? Camaatın şikayətini, haqlı tələbini qulaq ardına vurmağı, insanların öz hesabına qurub yaratdığını dağıtmağı, soruşun! Hamı gördüm, eşitdim deyəcək.

Zabrat 1, oktyabr küçəsi 64 və Oktyabr küçəsi 1 ünvanında yerli sakinlər, əhali yığışıb öz hesabına küçəninn bir hissəsinə asfalt çəkdirdi ki normal qaydada Azərbaycanın Baş kəndi Bakı şəhərinin yaxınlığında gölməçədən palçıqdan gedə bilməyən üçaqlar məktəbə, camaat işə gedə bilsin.

Görüntünün olası içeriği: açık hava

Bu yerli sakinlərin öz hesablarına çəkdirdikləri yol.

Yolun qalan hissəsinə də üyüdülmüş asfalt tökdürdük ki, gediş gəliş mümkün olsun. Bələdiyyələrin, İcra strukturlarının əvəzinə yerli sakinlər divarları suvadılar, səliqə səhman yaratdılar. Hökümət də Azərsu ASC adlı bir bəlanı kanalizasiya çəkmək adı altında Zabrata göndərib buraları xaraba qoydu. Güya kanalizasiya çəkməli idi. 2012-ci ildə 1500 metrlik küçəyə 10 -metrlik bir kanalizasiya çıxıntısı qoyub aradan çıxdılar. “Lahiyə güya başa çatdı deyib” getdilər. 2019 cü ilin payızında Əli adlı eyni iş icraçısı yenidən peyda olub 2012-ci ildə yarımçıq qalan işi görməyə gəldilər. Bu dəfə də 1500 metrlik yola, 140 metr kanalizasiya çəkib 78 ailənin qoşulacağı xətti yarımçıq qoyub yenə aradan çıxdılar.

Görüntünün olası içeriği: açık hava

Bu yerli sakinlərin öz hesablarına çəkdirdikləri yol.

Görüntünün olası içeriği: açık hava

Sakinlərin küçədə öz hesablarına, bələdiyyənin və icra strukturlarının yerinə abad etdikləri küçə

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve açık hava

Görüntünün olası içeriği: bir veya daha fazla kişi

 

Yenə dövlətin lahiyəyə ayrılan pulunu “həzmi-rəba”dan keçirib cəmi 4 evin qoşula biləcəyi bir işi görüb getdilər. 74 ev və iki mərtəbəli 23 ailənin yaşadığı bina da bu kanalizasiya xəttinə qoşula bilmədi. Və həmin çirkab suları yenə əhalinin öz vəsaiti ilə qazdırdığı quyulara axıdılır. Təsəvvür edin Pandemiya dönəmi gündə bir evdə 7-8 külfəti ilə daim sudan istifadə edən adamlar indi necə dolansın? Özlərini Koronavirus Pandemiyasındanmı qorusunlar, yoxsa kanalizasiya sularının yaratdığı təhlükədənmi? Quyulara dolan suyu daşıtdırmaq da mümkün deyil çünki bu xidməti göstərən maşınlar vəziyyətlə əlaqədar olaraq işləmir.

İndi Cənab Prezident haqlı olaraq soruşmalı deyilmi ki, Cənab Azərsu ASC sədri Qorxmaz Hüseynov 2011- ci ildən su xətti çəkilibsə bunun kanalizasiyası hardadır? İnsanlar istifadə etdiyi suyu hara axıdır? Dünyanın bu vaxtında Zabratda quyu nə deməkdir? 2019 cu ildə bəs niyə yarımçıq qoyub qaçmısınız? Nə çəkməyə getmişdiniz? Bəlkə bu insanlar yalan deyir? Prezident birdən bədahətən sizdən soruşdu Sabunçu İH başçısı Adil Vəliyev? Deməyə sözünüz varmı? Söz demək üçün xəbəriniz olmalıdır.? Barı oxuyun bilin.

Bilin ki siz biganəliyinizlə, şikayətlərə baxmamağınızla, koronovirus pandemiyasından da təhlükəlisiniz. Biz sakinlər üçün ən təhlükəli Pandemiya kanalizasiyaya ayrılan pulları yeyənlərdir, Azərsu pandemiyasıdır, Sabunçu rayon İcra sturukturlarının biganəliyinin yaratdığı təhlükədir, əsl pandemiyadır. Dövlət strukturları bilsin ki Zabrat ərazisində bu təhlükəni yaradanlar, əsl günahkarlar, yollarımızı dağıtmaqla məşğul olan AZƏRSU ASC və onun sədri Qorxmaz Hüseynov və bütün baş verənlərə nəzarəti həyata keçirməyə məsul olan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir. Kanalizasiyaya qoşulamamaq cəhənnəm min bir müsibətlə çəkdiyimiz yolu dağıdıb günümüzü çəhənnəmə döndərdilər.

Görüntünün olası içeriği: açık hava ve su

Görüntünün olası içeriği: ağaç, ev, gökyüzü, bitki ve açık hava

Görüntünün olası içeriği: ağaç, ev ve açık hava

Bu da Azərsu ASC kanalizasiya çəkirik adı altında cəhənnəmə döndərdiyi küçənin yağışdan sonrakı halı

Azərsu ASC-nin sədri Qormaz Hüseynova dəfələrlə müraciət etsək də yerli sakinlər olaraq idarələrində görüşüb şikayətimizi bildirsək də söz verib aldatmağı özləri üçün çıxış yolu hesab edənlər indi gəlin dolmuş quyularımızı boşaldın ki yaşaya bilək. Asfaltımızı çəkin ki virusdan qoruna sağ qala bilək. Bizi tutan virus düşünməyin sizdən yan keçəcək.

Zabratda başqa millət yaşasaydı bura belə gündə olardımı? Əsla,Ruslar yaşayanda buraları cənnətə döndərmişdilər.İndi öz millətimiz yaşayır deyə xarabayamı çevirməlisiniz?. Bu zavallı insanların öz hesablarına çəkdirdikləri yolları dağıtmağın adını nə qoyaq. Barı nəzarət edin, biri iş görəndə ərazi üzrə nümayəndəniz var, onun vəzifə səlahiyyətinə nə daxildir? Bəlkə ənənəvi gördüyü işlərdən başqa nəsədə zavallı əhali ilə bağlı bir şey başa salın, təhfil alın bir struktur iş görəndə nəticəsi ilə maraqlanın. Bu sizlərin vəzifə borcudur. Biri daxmasına bir şifer vuranda başının üstünü əzrayıl kimi kəsən strukturlar necə olur ki dövlətin vəsaiti dağılanda, insanların mənafeyinə toxunanda yoxa çıxırsız? Əmin olun ki bunlar bu cür davam etməz.

Hörmətli Millət vəkili Fazil Mustafa!

Siz bizim ərazinin millət vəkili deyilsiniz! Amma Millət vəkilisiniz! həm də Sabunçu rayonunun millət vəkilisiniz! Sizə müraciət etməyimizin səbəbi həm də odur ki sizə ümid edirik və əminik ki, digər ailələrin kanalizasiya xəttinə qoşulması üçün 20 – 30 metrlik qəsdən dayandırılmış xəttin çəkilməsinə və dağıdılıb, xaraba qoyulmuş yolumuza asfalt çəkilməsinə köməklik edəsiniz. Adətən Kanalizasiya şəkiləndən sonra asfalt döşənər, yəni vəzifələrinin öhdəsindən gəlməyiblər, əhaliyə və dövlətə atıb gediblər. Biz dəqiq bilirik ki, birdə 7 ildən sonra gələcəklər. Siz müdaxilə edin bəlkə nəsə dəyişə.

Bakı Şəhəri Sabunçu Rayonu Zabrat 1. qəsəbəsi Oktyabr Küçəsi 64 ,1 sakinləri;

1.Qələndər Ş.Muxtarov

2.Xasay Vəliyev

3.Teymurov Fəxrəddin H.

4.Ruslan İsgəndərov

5.Hacıyeva Sevda Tahir

6.Feyzullayeva Fərəh Ramiz

7.Əliyeva Qaratel M.

8.Hüseynov Əlibəykişi

9.İsmayılova Rəfiqə M.

10.Samirə

11.Hümbətov Adil Dadaş

12.Məmmədova Raziyə Cəlal

13.Əliyev Şahin Mahis

14.Əsgərov İmran Həsənalı

15.Qurbanov Firdovsi Soltan

16.Muxtarov Nahidə Şəmil

17.Təhməzov Xasay Fərhad

18.Xəlilov Aydın Bilal

19.Zeynalov Kamandar Ələmşah

20.Kənani Şahin Bəhrəm

21.Əhmədov Fariz Şükür

22.Cəfərov İlham İsfəndiyar

23.Əhmədov Şükür Pəhləvan

24.Qasımov Əli Abış

25.Qasımova Məyrorə

26.Muxrtarov Məmmədxan Mehdiqulu

27.Xasməmmədov Rüqsarə

28.Şizadova Cəmilə Həsmi

29.Rzayeva Nadejda

30.Nurəliyev Valeh Ağalarəli

31.Əhmədova Samirə Ağalda

32.Zeynalov Kamandar Ələmşah oğlu

33.Klimova Klavdiya Aleksandrovna

34.Cəbrayılov Şükür Mikayılov

35.Hacıyev Vüqar Hacı oğlu

36.Novruzov Novruz Şıxəli

37.Aybəniz Abbasova

və başqaları cəmi 78 ailə