Karen Hovhannisyan: “Rusiya-Ukrayna müharibəsi başlasa, Azərbaycan Zəngəzura hücum edəcək”

18/02/22 12:24

“Rusiya-Ukrayna münaqişəsi, xüsusən də uzun müddət davam edərsə, Azərbaycan dərhal Ermənistana qarşı, xüsusən də Sünik istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq”. Bu iddia ilə erməni hərbi ekspert Karen Hovhannisyan çıxış edib.

Onun fikrincə, Azərbaycan Rusiya-Ukrayna müharibəsi olmasa belə, Bakı ən azı blitskrikə gedəcək. “Üstəlik, Ermənistanı “Zəngəzur dəhlizi” adlandırılan layihəni reallığa çevirməyə məcbur etmək üçün bu, yaxın gələcəkdə baş verəcək”.

P.S. Qeyd edək ki, erməni siyasi cameəsində hələ də o qorxu var ki, Azərbaycan Ordusu Zəngəzur istiqamətində hərbi əməliyyatlara başlayacaq. Bunu da onunla əsaslandırırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində “Əgər Ermənistan Zəngəzur Dəhlizinə icazə verməsə, bunu zorla həayata keçirəcəyik” deyib. Lakin dövlət başçısı dəfələrlə bəyan edib ki, azərbaycanlıların qədim Azərbaycan torpaqları olan Zəngəzurda yaşaması dinc şəkildə baş verəcək. “Biz heç vaxt deməmişik ki, Zəngəzura, İrəvana, tarixi torpaqlarımıza tan üzərində gedəcəyik. Əksinə, bütün bunlar dinc şəkildə baş verəcək”.

Ermənilərin isterika içində olması, Hovhannesyan kimi ekspertlərin bu cür qorxulu fikirlərlə çıxış etməsi 44 günlük Vətən Müharibəsinin təsirləridir və onlar hələ də baş verən hadisənin şokundan çıxa bilmirlər. Ona görə də, mütəmadi olaraq, Azərbaycanın Ermənistana hücum edəcəyini dilə gətirirlər. Lakin undurlar ki, Ermənistandan fərqli olaraq, Azərbaycan işğalçı dövlət deyil, başqa ölkələrin ərazisində gözü yoxdur və bölgədə sülh istəyir. Bunun üçün də zəruri addımlar atır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir